Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Həmcinslərini Malayziyaya satan qadın hakim qarşısında

09.01.2019 14:48 1 747
Həmcinslərini Malayziyaya satan qadın hakim qarşısında
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları Malayziyada cinsi istismara məruz qoymaqda ittiham olunan Məlahət Bəşirovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Samir Məmmədovun sədrliyi ilə keçirilə prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib.

Məhkəmə baxışı yanvarın 16-na təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Məlahət Bəşirova həbs edilib.

Məlahət Bəşirova 2017-ci ildən İnterpol kanalları ilə beynəlxalq axtarışa verilib.

Məlum olub ki, Məlahət Bəşirova Azərbaycan vətəndaşı olan bir neçə qadını Malayziyaya aparıb və orada cinsi istismara məruz qoyub.

O, həmin qadınların ümumvətəndaş pasportlarını əlindən alıb və kişi müştərilərlə görüşdürüb. Bu yolla qazanc əldə edib.

Məlahət Bəşirovadan zərərçəkmiş qadınlar Maylaziyadan Azərbaycana qayıtdıqdan sonra İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər.

İstintaq orqanı tərəfindən Məlahət Bəşirovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə), 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) və 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə insan alveri törətmək) maddələri ilə ittiham elan edilib.//oxu.azскачать dle 11.3
Mojo.az Banner