Rusiyada 1 666 hərbçidə COVID-19 aşkarlanıb
Median.Az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, onlardan 378-i hərbi hospitallarda, 586-sı növbətçi məntəqədəki təcrid mərkəzlərində, 20-si digər xəstəxanalarda, 682 nəfər isə evdə müalicə alır.
Koronavirusa yoluxan hərbçilərdən ikisinin vəziyyəti ağır, 11-nin orta ağırdır. Bildirilib ki, müalicə alan 490 nəfər sağalıb.