Mojo.az Banner
15:47 Bakıda daha bir küçədə avtobuslar üçün xüsusi zolaq yaradıldı  |     13:58 Qonşusunu bıçaqla ürəyindən vuran şəxsə AĞIR CƏZA  |     13:52 İrandan Azərbaycana 111 kiloqram narkotiki keçirmək istədilər  |     13:45 Dövlət agentliyində YENİ TƏYİNATLAR  |     13:40 Suraxanıda ƏMƏLİYYAT: 32 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO  |     13:32 Bütün sosial ödənişlər nə vaxt yekunlaşacaq?  |     13:28 Bakıda mənzillər sürətlə bahalaşır: SON VƏZİYYƏT - VİDEO  |     13:22 Azərbaycan nefti KƏSKİN BAHALAŞDI  |     13:15 Mütəxəssis payız aylarında ağcaqanadların çoxalma səbəblərini izah etdi  |     13:10 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli HƏYATI - VİDEO  |     13:04 Beş il sonra nə baş verəcək? - Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ  |     12:59 İtaliya parlamenti 40 ildən sonra nüvə enerjisinə icazə verdi  |     12:53 İranda müəmmalı PARTLAYIŞLAR: Təkanlar hiss olundu  |     12:47 "Liverpul"un sabiq sahibi VƏFAT ETDİ  |     12:47 "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib  |     12:40 Şəmkirdə avtomobil qadını vuraraq öldürüb  |     12:36 Göyçayda 12 yaşlı uşağın hərəkəti hamı tərəfindən maraqla qarşılanır - VİDEO  |     12:31 Türkiyədə güclü zəlzələ oldu - FOTO  |     12:22 Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq  |     12:04 Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Avtobuslarda və taksilərdə şəffaf arakəsmələrin quraşdırılmasına başlanıldı

06.05.2020 19:07 1 827
Avtobuslarda və taksilərdə şəffaf arakəsmələrin quraşdırılmasına başlanıldı
Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində avtobuslarda sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf arakəsmələrin quraşdırılmasına başlanılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Bildirilib ki, artıq 200 avtobusda bu cür arakəsmələrin quraşdırılması təmin edilib.

Quraşdırma işləri əsasən axşam saatlarında avtobuslar qaraja qayıtdıqdan sonra həyata keçirilir.

“Həmçinin bildiririk ki, sərnişindaşımalara cəlb edilən 553 avtobusda istehsalçı tərəfindən müvafiq standartlara uyğun sürücü kabinləri mövcuddur. Bunlar əsasən “BakuBus” və “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan avtobuslardır.

Avtobuslarla yanaşı, taksi minik avtomobillərində də şəffaf arakəsmələr quraşdırılır. Ötən gün 300 taksi minik avtomobilində quraşdıma işləri yekunlaşıb.

Koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərdən irəli gələn işlərin icrası çərçivəsində maska taxılmasını, sosial məsafə saxlanılmasının və piyada gəzməyi təşviq edən maarifləndirici materiallar da hazırlanır. Həmin materiallar əsasən avtobuslarda, dayanacaq pavilyonlarında, nəqliyyat mübadilə mərkəzlərində yerləşdiriləcək”, - məlumatda qeyd edilib.скачать dle 11.3
Mojo.az Banner