Mojo.az Banner
12:23 Bakıda DƏHŞƏTLİ ANLAR: Avtomobillər torpağın altında qaldı - VİDEO  |     11:51 Buzovnada dənizdə 3 nəfər batdı - Biri xilas edildi  |     11:31 Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılıb öldü  |     11:29 Arvadını bıçaqlayan və balta ilə yaralayan şəxs barədə YENİ QƏRAR  |     11:28 QHT əməkdaşları Ağdərədə minaya düşdülər  |     11:26 Bakıda küçələrdən birinə Xalq yazıçısı Elçinin adı verilib  |     11:26 "Sabah" və "Qarabağ"ın rəqibləri bu gün bəlli olurlar - PÜŞKATMA  |     11:24 Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək  |     11:22 Magistraturaya qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başlayır  |     11:21 Kubanın elektrik enerjisi sistemi yenidən çökdü  |     11:18 Kolleclərə ixtisas seçimi başlayıb  |     11:15 Kişi arvadını evinin qarşısına gətirən sürücünü döydü  |     11:14 İrandan Almaniyaya gedən yük maşını Naxçıvanda saxlanıldı - VİDEO  |     11:09 Paytaxtda mənzillərin qiyməti artır? - Video  |     11:01 "Belə bir nümunə dünyada yoxdur" – Natiq Cəfərli yeni kart limitlərindən danışdı  |     18:54 Pişik sahiblərinin ən çox verdiyi sual: Qısırlaşdırmaq günahdırmı?  |     23:01 5 min illik iki məzar: Piramidaların inşasını anlamağa kömək edə bilər  |     22:53 Tanınmış aşığın nəvəsi vəfat etdi  |     22:47 “İndi məni cərimələsələr, bunlar ödəyəcəklər 1 manatdan?” - Video  |     22:39 Sumqayıtda evdə yanğın - Video  |    
Left Banner
Right Banner

Bakıda kişi arvadının üzərinə kimyəvi maddə tökməklə hədələdi

01.05.2020 17:27 3 020
Bakıda kişi arvadının üzərinə kimyəvi maddə tökməklə hədələdi
Bakının daxili işlər orqanlarının əməkdaşları tərəfindən son 24 saat ərzində baş vermiş məişət zorakılığı faktları qeydə alınıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Aprelin 30-da Nizami rayonunun 24-cü Polis Bölməsinə 1972-ci il təvəllüdlü yerli sakin N.Bayramova müraciət edib. Qadın bildirib ki, 1996-cı il təvəllüdlü qızı A.Paşayeva tez-tez baş verən münaqişə səbəbindən əri C.Paşayevdən boşanıb və atasının evinə qayıdıb. Ancaq keçmiş kürəkən qızına rahatlıq vermir və onları hədələməyə davam edir. Ananın dediyinə görə, aprelin 30-na keçən gecə 1986-cı il təvəllüdlü C.Paşayev ona zəng edərək hədələyib ki, qızı yanına qayıtmasa, hər ikisinin üzərinə kimyəvi maddə tökəcək.

Polis əməkdaşları tərəfindən hazırda bu fakt araşdırılır.

Qeyd etmək lazımdır ki, Azərbaycanda kimyəvi maddələrin tətbiqi ilə dəfələrlə zorakılıq halları baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətlərin qarşısını almaq üçün vaxtında tədbirlər görməsə, nəticələr ağır ola bilər.

Burada əvvəllər baş verən hadisələri xatırlatmaq yerinə düşər. 2019-cu ilin avqust ayında Bakının Binəqədi rayonunda ev dustaqlığına məhkum olunmuş 1986-cı il təvəllüdlü Adil Həsənov keçmiş həyat yoldaşı Naibəxanım Məmmədovanın üzünə kimyəvi maddə atıb. Nəticədə, qadının gözləri kor olub.

Həmin şəxsin ev həbsi ayağına taxılan elektron qolbaqla idarə edilirdi. Kimyəvi məhlulu əldə etmək üçün o, qolbağı ayağından qoparıb. Bu əməldən sonra təqsirləndirilən şəxs gizlənib, lakin bir neçə gün sonra Quba rayonunda saxlanılaraq həbsxanaya göndərilib.

2018-ci ilin dekabr ayında Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yaşayan 41 yaşlı Fuad Axundov uzun müddət əvvəl boşandığı 34 yaşlı Xatirə Axundovanın üzünə kimyəvi maddə atıb. Qadın üzündə və bədənində üçüncü dərəcəli yanıq xəsarətləri alıb.

Axundovların boşandıqlarına və qadının uşaqları ilə atasının evində yaşamasına baxmayaraq, keçmiş əri onu daim izləyib. Təqsirləndirilən şəxs tutulan zaman keçmiş həyat yoldaşına qısqanclıqla yanaşdığını və həyatını məhv etdiyi üçün ondan qisas almaq istədiyini bildirib.

2018-ci ilin may ayında isə Bakıda qısqanc ər arvadının üzərinə kimyəvi maddə atıb. Nəticədə, qadın ağır vəziyyətdə xəstəxanaya aparılıb.

2013-cü ilin iyul ayında Xəzər rayonunun Binə qəsəbəsində keçmiş əri - 1972-ci il təvəllüdlü Əlfiyə Əbdülrəhmanovanın üzünə kimyəvi maddə atıb. Nəticədə, qadının gözləri kor olub. 2-ci Polis Bölməsinin əməliyyatçıları əvvəllər məhkum olunmuş 1963-cü il təvəllüdlü Fərhad Əbdülrəhmanovu saxlayıblar. Araşdırma zamanı məlum olub ki, o, altı il əvvəl arvadından boşanıb, lakin qadın ərinin soyadını saxlayıb. Diş həkimi işləyən həmin şəxs dindirilmə zamanı uzun müddət əvvəl boşanmalarına baxmayaraq, Əlfiyəni başqa kişilərə qısqandığını etiraf edib. O, keçmiş arvadının evinə gedib və orada, oğlunun qarşısında onun üzünə kimyəvi maddə atıb.

Ötən gün ərzində qeydə alınan digər məişət zorakılığı hadisəsi Bakının Səbail rayonunda hotellərdən birində baş verib. 1975-ci il təvəllüdlü İran vətəndaşı Delarami Abbas 39-cu Polis Bölməsinə müraciət edib. Ərizəçi 1974-cü il təvəllüdlü əri Keyvanxan Keykubanın onu döymək istədiyini bildirib. Ancaq qadın qəzəblənmiş ərinin əlindən qaçaraq, hoteldən çıxmağı bacarıb. Lakin sonradan o, ərinin 14 yaşlı oğlunu qəzəblə divara çırpdığını bilib.

Xatırladaq ki, daha əvvəl polis əməkdaşları ölkədə xüsusi karantin rejiminin tətbiqi ilə məişət münaqişələrinin sayının artdığını qeyd etmişdilər. Ailələrin uzun müddət özünütəcrid vəziyyətində qalması insanların psixikasına mənfi təsir göstərir, onları əsəbiləşdirir, qıcıqlandırır və münaqişələrə gətirib çıxarır.

Analoji məyusedici proqnozları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da vermişdi.скачать dle 11.3
Mojo.az Banner