Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı-Sumqayıt yolunda biabırçı və təhlükəli YENİLİK - VİDEO

23.04.2020 13:02 1 617
Bakı-Sumqayıt yolunda biabırçı və təhlükəli YENİLİK - VİDEO
Dünən Bakı-Sumqayıt yolundakı "Rahat" marketin yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yola qoyulan beton plitələr əvvəlcədən müvafiq nişanlarına təchiz edilmədiyi üçün yol qəzasına səbəb olub. Sürücü həmin maneəni görmədiyi üçün beton plitələrə çırpılıb və bir neçə nəfər xəsarət alıb.

Avtosfer.az-ın əməkdaşları bu gün həmin ərazidə müşahidə apararaq son günlər qeyd olunan yerdə baş verən qəzaların səbəbini öyrənməyə çalışıblar.

Məlum olur ki, AAYDA yol təsərrüfatı və yol hərəkəti təhlükəsizliyinə aid olan heç bir dövlət qurumu ilə razılaşdırılma, müzakirə aparmadan yolda yolda yeniliklər tətbiq etməyə başlayıb. Belə ki, agentliyin əməkdaşları Bakı-Sumqayıt yolunu iki hissəyə bölüblər. Solda iki zolaq saxlanılıb ki, bunlarla yalnız düzünə - Masazır və Sumqayıt istiqamətində hərəkət etmək olar. Sağda iki zolaq isə yalnız Şamaxı, Sulutəpə və Xırdalana gedənlər üçün nəzərdə tutulub.

Burda belə bir vəziyyət yaranır ki, əgər bir sürücü səhvən Şamaxinkadan sol zolağa girsə, Avtovağzala Xırdalana getmək üçün Masazır dairəsindən geri dönməlidir.

Nəzərə almaq lazımdır ki, həmin yolda tez-tez qəzalar baş verir. Yaxud avtomobillər texniki səbəbdən dayana bilir. Hələ 4-5 zolaqlı hərəkət intensivliyi olan zaman burada tıxac yaranır. İndi iki zolaqlı yolda bu baş versə nəyə səbəb olacaq.

Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, AAYDA-dan başqa bu layihəni heç bir qurum təsdiqləməyib və dəstəkləməyib. Dünya təcrübəsində maneələr maksimum dərəcədə azaldılır. Bu isə təhlükəsizliyin yüksəkliyini göstərir. Amma təəssüf olsun ki, Azərbaycanda bəzi qurumlar yollara maneə düzməkdən sanki həzz alırlar.

Qeyd edək ki, bu həm də ərazidə xidmət aparan yol polislərinin, operativ nəqliyyat vasitələrinin işini çətinləşdirəcək. Hər hansı bir dövlət əhəmiyyətli tədbir və ya qəza baş verən zaman hərəkəti tənzimləmək mümkünsüz olacaq.



Hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakı-Sumqayıt yolunda Sumqayıt istiqamətində ən çox sıxlıq yaranan nöqtə Xırdalan dairəsi və onun ərtafıdır. "Həmin ərazidə butulka effekti yaranırdı. Təxminən 4-5 zolaqdan sonra tuneldə 2 zolağa enirdi. Odur ki, ərazidə sıxlığın yaranması təbii idi. Hazırkı layihədə isə bu problem aradan qalxacaq və 4 zolaq Sumqayıt istiqamətində davam edəcək. Belə olan halda yolun hərəkət hissəsini iki yerə bölməyə ehtiyac yoxdur. Sadəcə olaraq tunelə yaxınlaşanda qısa məsafədə həmin arakəsmələri quraşdırmaq olar. Bu da sürücülər üçün istiqaməti müəyyən etmək üçün lazımdır."

Hüquqşünas qeyd edib ki, yol boyu beton sədlərin qoyulması əlavə problemlər yarada bilər. "Burada iki problem açıq-aşkar götürür. Əvvəla ayırıcı sədlər birbaşa olaraq zolaqların sərhədinə qoyulur. Nəticədə hərəkət zolaqlarının eni azaldılır. Bu isə zolaqlarda yanaşı təhlükəsiz hərəkəti çətinləşdirir, yol-nəqliyyat hadisələrinə zəmin yaranır.

Ərşad Hüseynov onu da əlavə edib ki, zolaqlar üzrə yerdəyişmə də çətinləşəcək. "Təsəvvür edin ki, zolağın sağ tərəfi ilə asta gedən bir yük maşını hərəkət edir. Həmin yük avtomobilini ötmək çətinlik yaradacaq. Çünki ötmə üçün yalnız bir zolaq var orda da intensiv hərəkət olacaq. Nəticədə qəza riski yaranır."

Ekspert bildirib ki, kiçik bir qəza beton ilə ayrılmış hərəkət hissəsində iflic vəziyyət yaradacaq. "Orada 5-10 dəqiqə dayanma olarsa bütün yolda tıxac yaranacaq."

Hüquqşünas bildirib ki, bütün bunları nəzərə alaraq yolun həmin hissəsinin bütöv olaraq beton lövhələrlə ayrılması düzgün deyil. "Bu həm təhlükəsizliyə ziyan vuracaq, həm də ani tıxacların yaranmasını artıracaq."скачать dle 11.3
Mojo.az Banner