Balaxanı-Novxanı-Sumqayıt yolunda hərəkət dayanıb.
Median.Az oxu.az-a istinadən xəbər verir ki, sözügedən istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti iflic olub, böyük tıxac yaranıb.
Yolun Sumqayıt istiqamətində hərəkət tamamilə dayanıb. Yüzlərlə avtomobil yolda qalıb. Tıxaca səbəb Bakı-Sumqayıt yolunda təmir işlərinin aparılmasıdır. Həmin istiqamətdə də avtomobillərin hərəkəti çətinləşib.
Tıxac bir saatdan çoxdur davam edir.