Azərbaycanda daha 4 qadın resurs mərkəzi açıla bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Qohum evliliyi üçün valideyn övladından imtina edə bilər?  |     22:54 Bu universitetdə dərslər onlayn keçiriləcək  |     22:49 Ölkədə uşaqların sayı niyə azalır? - Səbəblər və çıxış yolu  |     22:43 Hollywood filmlərini sızdırdı - 57 ay həbs cəzası aldı  |     22:38 Azərbaycanda 78 yaşlı şəxs peşə məktəbinə qəbul olub  |     22:31 Təyyarə qəzasından sonra ögey qardaşları ortaya çıxdı - VİDEO  |     22:25 Sabiq qərargah rəisi dünyasını dəyişdi  |     22:16 "JOY Travel" şirkətinin rəhbərlərindən biri həbs edildi  |     22:11 3 aydan sonra hərbi xidmətə gedəcəkmiş - Yeniyetmənin meyiti tapıldı  |     22:02 Rusiya məhkəməsi azərbaycanlı iş adamını cinayətdə təqsirli bilib?  |     21:54 Trampın qızıldan heykəli qoyuldu  |     21:49 Azərbaycan Əfqanıstana "AI-92" markalı benzinin tədarükünə başlayıb  |     21:41 Rusiya Ukraynaya zərbə endirib, beş nəfər həlak olub  |     21:35 Zaxarova: Rusiyanın sərhəd gəmisi gələn həftə Bakı limanına daxil olacaq  |     21:26 "Oleq Bakinski"nin şikayəti təmin olunmayıb  |     21:21 Eyfel qülləsi bağlanıb  |     21:14 Naxçıvanda Memar Əcəminin abidəsi ucaldılacaq  |     21:08 Teymur Rəcəbov Bakıda "Formula 1" pilotları ilə şahmat oynayıb  |     21:00 Yanvar-avqust aylarında İİV-ə yoluxan 42 nəfər narkotik istifadəçisi olub  |     20:55 Ötən səkkiz ayda narkotiklərlə bağlı 3614 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 67-si əcnəbidir  |    

Azərbaycanda daha 4 qadın resurs mərkəzi açıla bilər

Aprelin 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti arasında videokonfrans formatlı onlayn görüş keçirilib.

Bu barədə "Report" Dövlət Komitəsindən məlumat verilib.

Görüşdə Dövlət Komitəsinin BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” layihəsinin nəticələri, 9 rayonda qadın resurs mərkəzlərinin fəaliyyətinin inkişafı, pandemiya ilə mübarizə istiqamətində mərkəzlərdə dəstək mexanizmlərinin işləməsi və diqər məsələlər müzakirə edilib.

Komitənin sədri Bahar Muradova Azərbaycanda qadın sahibkarlığının inkişafı, ailə təsərrüfatlarının yaradılması, qadınların iqtisadi cəhətdən gücləndirilməsi və COVID-19-la mübarizədə hökumətin ailələrə iqtisadi və sosial dəstəyinin göstərilməsi istiqamətində ölkəmizdə həyata keçirilən mühüm işlər haqqında məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qadınların səlahiyyətləndirilməsi istiqamətində görülən işlərin qadın sahibkarların sayının artmasına səbəb olduğunu qeyd edib. Belə ki, 2012-ci ildə qadın sahibkarları 17.4% təşkil edirdisə, artıq 2019-cu ildə 30%-ə qədər artmışdı (71.000-dən 183.000 qədər artmışdı).

Görüş zamanı Alessandro Frakassetti BMT-nin İnkişaf Proqramı ilə sıx əməkdaşlığa görə öz minnətdarlığını ifadə etməklə birgə fəaliyyət nəticəsində görülmüş işlərin əhəmiyyətini vurğulayaraq, COVID-19-la mübarizə istiqamətində resurs mərkəzləri tərəfindən qadınlar üçün sosial və psixolojı yardımın göstərilməsi haqqında məlumat verib. Cənab A.Frakassetti cari il ərzində Dövlət Komitəsi ilə birgə daha dörd qadın resurs mərkəzinin açılmasının planlaşdırıldığını bildirib.

Bahar Muradova BMT-in İnkişaf Proqramı tərəfindən Komitə ilə birgə bu günədək görülən işlərin təqdirəlayiq olduğunu qeyd edərək layihənin növbəti mərhələsində sərhədyanı və təmas xəttində yaşayan məcburi köçkün və qaçqın ailələrindən olan qadınların da bu proqrama cəlb olunmasının vacibliyini vurğulayıb.

Görüşdə Komitənin sədr müavini Sədaqət Qəhrəmanova, aparatın rəhbəri Ceyran Rəhmətullayeva, BMT-nin rezident nümayəndəsinin müavini Çaru Bist, proqram məsələləri üzrə müşavir Leyla Fəthi, layihə rəhbəri Gülarə Hümbətova və digərləri iştirak edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 386 21.04.20 20:40