Nazirin müşavirindən təhsillə bağlı MÜHÜM AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 BQXK Azərbaycanda fəaliyyətini dayandırır  |     22:53 Tramp Kim Çen Inla görüşməyə razılıq verib  |     22:45 Bu ərazidə yaşayanlara metro ilə bağlı sevindirici xəbər: Tarix bəlli oldu  |     22:39 Horadiz-Ağbənd dəmir yolu xəttinin tikinti-quraşdırma işlərinin 67 faizi yekunlaşıb  |     22:30 10 manatlıq şirkətin vergi borcu yarandı  |     22:25 Ərdoğan: Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək  |     22:19 Gəncədə bıçaq xəsarəti alan ana və oğulun son vəziyyəti açıqlanıb  |     22:12 İsrailin Yəmənə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 10-a çatıb  |     22:03 “Bir həftəyə 7 mindən çox əsgər ölüb” - Tramp  |     21:58 Saida Mirziyoyeva Mehriban Əliyevanı təbrik etdi  |     21:52 İtinə görə 800 manat cərimə olundu  |     21:46 Qırışlara qarşı yeni gözəllik trendi: Təhlükəsizdirmi?  |     21:39 Bu da “Qarabağ”ın yeni hücumçu transferi  |     21:32 Azərbaycanla Suriya arasında energetika sahəsində əməkdaşlıq müzakirə olunub  |     21:24 Sumqayıtda mənzildə 63 yaşlı qadının meyiti aşlarlandı  |     21:18 Vitse-kansler: Ukraynaya hər il 9 milyard avro ayıracağıq  |     21:11 Pezeşkian: "3+3" formatında danışıqlar regionda problemlərin həllində effektiv mexanizm olacaq  |     21:06 Bəxtiyar Ersay vəzifəsindən azad edildi  |     20:57 Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ  |     20:50 Polşada təyyarə qəzaya uğrayıb, ölənlər var  |    

Nazirin müşavirindən təhsillə bağlı MÜHÜM AÇIQLAMA

“Aprel ayının 17-si Nazirlər Kabineti orta ixtisas təhsili (kolleclər) üzrə ixtisasların yeni təsnifatını təsdiq etdi. Yenilənmiş ixtisaslar üzrə qəbul 2021/22-ci tədris ilindən başlayacaq. Qeyd edim ki, kollec ixtisaslarının əvvəlki təsnifatı 2010-cu ildə təsdiq edilib və həmin təsnifat üzrə artıq 10 ildir ki, kadr hazırlığı aparılırdı”.

Bunu təhsil nazirinin müşaviri Elnur Məmmədov sosial media hesabında qeyd edib.

O bildirib ki, yeni təsnifatda olan 141 ixtisas müasir əmək bazarının tələbləri, işəgötürənlərin təklifləri və rəyləri, ölkəmizdə orta ixtisaslı müasir kadrlara olan ehtiyaclar və beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyənləşdirilib:

“Yeni təsnifatda bir sıra ixtisaslar birləşdirilib, bəzi yeni ixtisaslar əlavə olunub və uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb. Misal kimi, beynəlxalq təcrübə nəzərə alınaraq təhsil ixtisaslarına inklüziv təhsil ixtisası əlavə olunub, bəzi müəllimlik ixtisasları çıxarılıb (ali təhsil pilləsində hazırlıq aparılacaq), kənd təsərrüfatı ixtisaslarına aqroturizm, hidromeliorasiya və torpaq mühafizəsi, su bioehtiyatları və akvakultura əlavə olunub, texniki və texnololji ixtisaslar əhəmiyyətli şəkildə yenilənib (kompüter sistemləri, telekommunikasiya şəbəkələri və sair).

Yeni ixtisaslar üzrə müasir təhsil proqramları hazırlanacaq.

Bu proqramlar kollec səviyyəsində mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasına xidmət edəcək. Bundan əlavə, tam orta təhsil bazasından gələn məktəb məzunları kollecdə bütün ixtisaslar üzrə (tibb ixtisaslarından başqa) artıq iki il təhsil alacaqlar ki, bu da onların daha qısa müddətdə əmək bazarına çıxışını təmin edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            948 20.04.20 13:15