Mojo.az Banner
14:53 Onlar vergidən 20 il azad edildilər  |     14:52 Rusiyada məşhur repçi Ciqana qarşı araşdırma başlanıldı  |     14:51 Vətəndaşların NƏZƏRİNƏ: Bu şəxslərə işgüzar səfər vizası veriləcək  |     14:46 Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır  |     14:45 Azərbaycanda məktəblinin meyiti tapıldı  |     14:40 Qaçırıldığı deyilən "Flydubai" təyyarəsində əslində nə baş verib?  |     14:36 Aİ-92 və dizelin qiyməti artacaq?  |     14:31 Yas mərasimləri neçə saat davam etməlidir?– AÇIQLAMA  |     14:27 Lahorda azərbaycanlı qadının zorakılığa məruz qalması ilə bağlı AÇIQLAMA  |     12:53 Quba-Xınalıq yolunda sürüşmə olub, hərəkət dayanıb  |     12:30 Bakıda içməli su xəttində qəza - Əraziyə texnika cəlb edildi  |     12:29 Xaricdən Azərbaycana gələn yük maşını qəzaya uğradı: Xəsarət alanlar var  |     12:27 Azərbaycanda kütləvi zəhərlənmə: 10 nəfər xəstəxanalıq oldu  |     12:24 Bərdədə 26 yaşlı kişi qətlə yetirildi  |     12:12 Fransada kütləvi iğtişaşlar: Yüzlərlə şagird həbs olundu  |     11:49 Azərbaycan nefti ucuzlaşdı  |     11:47 Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA  |     11:38 Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular  |     11:37 Netanyahudan XƏBƏRDARLIQ: "Seçki ərəfəsində İsrailə hücum cəhdləri ola bilər"  |     11:34 Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu abituriyentlər kolleclərə İMTAHANSIZ qəbul oluna biləcəklər

13.05.2019 16:57 1 869
Bu abituriyentlər kolleclərə İMTAHANSIZ qəbul oluna biləcəklər
Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydalarına dəyişikliklərin edilməsi təklif edilir.

Median.Az
Trend-ə istinadən bildirir ki, bununla bağlı “Təhsil haqqında”” qanuna dəyişikliklər edilir.

Qanunun hazırkı variantına əsasən, bu qanunun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, müsabiqə yolu ilə həyata keçirilir.

İstisnanın nəzərdə tutulduğu həmin maddəyə (26.5-ci) görə, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Təklif edilən yeni dəyişiklikdə isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin də orta ixtisas təhsili müəssisələrinə müsabiqədənkənar qəbul olunması təklif edilir. Hazırda bu kateqoriyadan olan abituriyentlər ali məktəblərə müsabiqədənkənar qəbul olunurlar.

Yeni dəyişikliklərə əsasən, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələri ilə yanaşı, orta ixtisas müəssisələrinə də müsabiqədənkənar qəbul olunacaqlar.скачать dle 11.3
Mojo.az Banner