Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Almaniya səfiri: "COVID-19-a qarşı mübarizədə Azərbaycanı dəstəkləməyə hazırıq"

14.04.2020 20:12 2 839
Almaniya səfiri:
Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi Azərbaycanın özəl sektoruna maliyyə yardımı göstərməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq bildirib.

Səfir koronavirus pandemiyasının daha çox özəl sektorda fəsadlar törətdiyini bildirib: "Bunu nəzərə alaraq, Nazirlik tərəfindən “Cavab fondu” adı ilə kiçik özəl sahibkarlığa dəstək proqramı tətbiq edilib. Bu fondun yardımlarından həm Almaniya, həm də Azərbaycan sahibkarları bəhrələnə bilərlər”.

Proqram barədə daha ətraflı şəkildə Almaniya-Azərbaycan Ticarət Palatasının “Facebook” səhifəsindən məlumat almaq olar.

Diplomat iki ölkə arasında möhkəm siyasi, iqtisadi, mədəni əlaqələrin bərqərar olduğunu da dilə gətirib: “Mən Heydər Əliyev Mərkəzinin üzərində Almaniya bayrağının işıqlı təsviri ilə ifadə etdikləri dəstəyə görə Azərbaycana təşəkkür edirəm. COVID-19 pandemiyası dövründə sağlam qalmaq başlıca vəzifədir. Həmçinin iqtisadiyyatdakı töhfələr də mühüm əhəmiyyət daşıyır. Almaniya səfirliyi bu məsələdə Azərbaycana hər cür yardım göstərməyə hazırdır”.скачать dle 11.3
Mojo.az Banner