Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:17 İrandan Azərbaycana 136 kq narkotikin keçirilməsinin qarşısı alındı | 17:10 Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - Anbaan video | 16:53 Ermənistanın ədliyyə naziri: "Qarabağı birləşdirmək kimi bir məqsədimiz yoxdur" | 16:15 Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular | 16:10 "Vəzifəli şəxs" masaj salonunun sahibəsini şantaj etdi, aylıq "haqq" aldı | 15:59 Ölümlə nəticələn qəzaya görə Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq | 15:52 Nisyə mal satanların diqqətinə: Yeni qərar qüvvəyə minəcək | 14:47 Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı - Xaçmazdakı cinayətin təfərrüatı | 14:41 Noyabrın ən şanslı bürcləri bəlli oldu – Kimləri uğur gözləyir? | 14:27 Noyabrda ardıcıl 4 gün iş olmayacaq | 14:13 Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası | 14:00 Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama | 13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) |
Mojo.az Avto
Mojo.az Avto

Koronavirusla bağlı küçədə yaşayan üç nəfərdən nümunə götürüldü - ÖZƏL

13.04.2020 16:45 1 455
Koronavirusla bağlı küçədə yaşayan üç nəfərdən nümunə götürüldü - ÖZƏL
“Martın 19-dan bu günə qədər küçədə yaşayan, baxımsız vəziyyətdə olan üç kişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sığınacaq-bölməsinə qəbul olunub”.

Bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Oxu.Az-ın sorğusuna cavab olaraq deyib:

“Onlardan koronavirusa yoluxma ehtimalına görə test nümunələri götürülüb. Hələ nəticələr bəlli deyil. Analizlərin cavabları müsbət çıxarsa, onlar aidiyyəti üzrə xəstəxanalara yerləşdiriləcək və müalicələrinə başlanılacaq. Neqativ çıxacağı təqdirdə isə həmin şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağına” yerləşdiriləcəklər”.

F.Talıbov qeyd edib ki, hazırda ƏƏSMN-nin “Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağında” 34 nəfər var:

“Bu müəssisə 2017-ci ildən fəaliyyətə başlayıb. Hazırda müəssisədə 34 nəfər reabilitasiya prosesi keçir və daimi dövlət himayəsində yaşayır. Müəssisə fəaliyyətə başladığı gündən 241 nəfər bura qəbul olunub və onlara zəruri xidmət göstərilib. Xidmət göstərilmiş vətəndaşlardan 54 nəfəri öz istəyi ilə müəssisəni tərk edib. 23 nəfər isə qocalar evinə və müxtəlif sosial xidmət müəssisələrinə yerləşdirilib. Müəssisədə yaşayan 47 vətəndaşın işlə təmin olunması ilə əlaqədar tədbirlər görülür. Onlardan artıq 11 nəfər işlə təmin olunub.

Müəssisədə yaşayanların müayinə və müalicə olunması məqsədilə 101 nəfər vətəndaşa müvafiq səhiyyə müəssisələrinə göndəriş verilib. Üç müəssisə sakininə əlillik dərəcəsinin təyin olunması üçün hüquqi xidmət göstərilib və onlara I qrup əlillik dərəcəsi təyin olunub. Bir nəfərin isə sənədlərinin hazırlanmasına köməklik göstərilərək, yaşa görə sosial müavinət alması təmin olunub. Bu illər ərzində çoxsaylı şəxslər reabilitasiya prosesinə müsbət cavab verib və cəmiyyətə adaptasiya olunaraq, iş yerləri ilə təmin olunublar”.

“Hazırda müəssisədə olan 34 sakin isə tam olaraq dövlət dəstəyi altında yaşayır”, - deyə F.Talıbov qeyd edib.

Son xəbərlər