Mojo.az Banner
12:59 İtaliya parlamenti 40 ildən sonra nüvə enerjisinə icazə verdi  |     12:53 İranda müəmmalı PARTLAYIŞLAR: Təkanlar hiss olundu  |     12:47 "Liverpul"un sabiq sahibi VƏFAT ETDİ  |     12:47 "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib  |     12:40 Şəmkirdə avtomobil qadını vuraraq öldürüb  |     12:36 Göyçayda 12 yaşlı uşağın hərəkəti hamı tərəfindən maraqla qarşılanır - VİDEO  |     12:31 Türkiyədə güclü zəlzələ oldu - FOTO  |     12:22 Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq  |     12:04 Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir  |     12:00 Yoxlamalara dair YENİ QADAĞA  |     11:56 Azərbaycanda yasa 60 min manat xərcləndi – Din xadimindən açıqlama  |     11:40 Xəzərdə zəlzələ olub - FOTO  |     11:31 Bakıda "Formula -1"in keçiriləcəyi məkan dəyişə bilər - VİDEO  |     11:27 Azərbaycanda bu şəxslərin MAAŞ və PENSİYALARI ARTIRILIR  |     11:20 Türkiyədə məşhur iş adamının oğlu saxlanıldı  |     23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu nazirlikdə 6 yüksək vəzifə boşdur (SİYAHI)

10.05.2018 13:36 1 690
Bu nazirlikdə 6 yüksək vəzifə boşdur (SİYAHI)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) vəzifəli şəxslər işdən çıxarılıblar.

"Report"un məlumatına görə, bununla bağlı nazir Sahil Babayev müvafiq əmrlər imzalayıb.

Məlumata görə, nazirliyin Aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol), Aparat rəhbərinin müavini Ədalət Əliyev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev öz ərizələrinə əsasən işdən çıxıblar.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik müvəqqəti olaraq Pərviz Cəfərova tapşırılıb. "Report"un əldə etdiyi məlumata görə, bu vəzifəyə hazırda digər nazirlikdə çalışan şəxs təyin olunacaq.

Hazırda ƏƏSMN-də Aparat rəhbəri, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Əmək siyasəti şöbəsinin müdiri, Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri, Daxili nəzarət şöbəsinin müdiri, Kadr və kadr hazırlığı şöbəsinin müdiri postları boşdur.

Qeyd edək ki, Ə.Cəbiyev 2013-cü ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışırdı. Elman Babayev isə 2014-cü ildən nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri idi.скачать dle 11.3
Mojo.az Banner