Mojo.az Banner
13:14 Deputat: Uşaqlar dinin və baş örtüyünün mahiyyətini hələ dərk etmirlər  |     12:31 Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi  |     12:18 Kirayəçi evi boşaltmasa, ev sahibi nə edə bilər? – Hüquqşünasdan açıqlama  |     12:16 Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü  |     12:10 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edəcək  |     12:08 Azərbaycan nefti ucuzlaşdı  |     12:07 Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş  |     11:56 İlahiyyatçıdan hicab açıqlaması: Örtünmə hansı yaşdan vacib sayılır?  |     11:53 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi (Yenilənib)  |     11:49 Azərbaycan UEFA reytinqində irəlilədi  |     11:46 Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi  |     11:43 Şirvanda hündürlükdən yıxılan bir yaşlı uşaq xəstəxanada ölüb  |     11:40 "Valideynlər uşaqlardan alət kimi istifadə etməməlidir" — Psixoloq  |     11:29 Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar (Video)  |     11:18 Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla öldürülüb - Təfərrüat  |     11:11 ABŞ-də gənc teleulduz güllələndi  |     20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda narkotikin yüksək həddə qəbulu faciə ilə nəticələndi: Kişi öldü, qız komadadır

02.04.2020 15:20 3 356
Bakıda narkotikin yüksək həddə qəbulu faciə ilə nəticələndi: Kişi öldü, qız komadadır
Ötən gün Bakıda daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik maddələrin həddən artıq qəbulu ilə bağlı iki fakt qeydə alınıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Suraxanı rayonunun eyni adlı qəsəbəsində aprelin 1-də saat 17:00 radələrində 1976-cı il təvəllüdlü Niftalı Yaxşiyev narkotiki yüksək dozada qəbul edərək ölüb. Hazırda bu faktla bağlı araşdırma aparılır.

Elə həmin gün Nərimanov rayonunda kirayə yaşayan 26 yaşlı İsmayıllı rayon sakini J.Şixiyeva metadonun həddindən artıq qəbulundan zəhərlənib. Komada olan qız xəstəxanaya aparılıb. Qeyd edilən rayonun 17-ci Polis Bölməsinin əməkdaşları hadisənin təfərrüatlarını araşdırırlar.

Qeyd edək ki, paytaxtda polis əməkdaşları narkotik satışı ilə bağlı bir faktı aşkarlayıblar. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları əvvəllər məhkum olunmuş, 1964-cü il təvəllüdlü Bəxtiyar Məlikovu saxlayıblar, onun üzərində üç kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mart ayında paytaxt polisinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 132 fakt aşkarlayıblar.скачать dle 11.3
Mojo.az Banner