Mojo.az Banner
13:14 Deputat: Uşaqlar dinin və baş örtüyünün mahiyyətini hələ dərk etmirlər  |     12:31 Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi  |     12:18 Kirayəçi evi boşaltmasa, ev sahibi nə edə bilər? – Hüquqşünasdan açıqlama  |     12:16 Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü  |     12:10 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edəcək  |     12:08 Azərbaycan nefti ucuzlaşdı  |     12:07 Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş  |     11:56 İlahiyyatçıdan hicab açıqlaması: Örtünmə hansı yaşdan vacib sayılır?  |     11:53 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi (Yenilənib)  |     11:49 Azərbaycan UEFA reytinqində irəlilədi  |     11:46 Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi  |     11:43 Şirvanda hündürlükdən yıxılan bir yaşlı uşaq xəstəxanada ölüb  |     11:40 "Valideynlər uşaqlardan alət kimi istifadə etməməlidir" — Psixoloq  |     11:29 Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar (Video)  |     11:18 Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla öldürülüb - Təfərrüat  |     11:11 ABŞ-də gənc teleulduz güllələndi  |     20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda futbolçunu öldürən şəxs yenidən hakim qarşısına çıxarıldı

28.03.2020 20:29 1 951
Azərbaycanda futbolçunu öldürən şəxs yenidən hakim qarşısına çıxarıldı
Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ramin Həsənovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprel ayında keçiriləcək.

İttihama görə, qətl hadisəsi 3 may 2017-ci ildə paytaxtın Nərimanov rayonu Təbriz küçəsi 2 ünvanında baş verib. Həmin ərazidə yerləşən dayanacağın arxa hissəsindəki otluq sahədə Lənkəran rayonunun Kərgəlan kənd sakini 44 yaşlı Müşfiq Əliyevin meyiti tapılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, M.Əliyevi 52 yaşlı Elman Məhərrəmov qətlə yetirib. İstintaq zamanı E.Məhərrəmovun sözügedən cinayəti təkbaşına deyil, Ramin Həsənovla birgə törətdiyi sübuta yetirilib.

Belə ki, tüfeyli həyat tərzi sürən bir qrup şəxslər adətən sözügedən ünvana yığışıblar. İçkili vəziyyətdə olan E.Məhərrəmov pulunun oğurlanmasını bəhanə edərək Müşfiqi möhkəm döyüb. Müşfiqin döyülməsində Ramin də ona yardımçı olub. Ağır dərəcəli bədən xəsarətləri alan Müşfiq elə hadisə yerində də keçinib.

Əslən Qərbi Azərbaycandan olan Ramin Həsənov ifadəsində 1988-ci ildə ailəsi ilə birgə deportasiya olunduqlarını və Gəncə şəhərində məskunlaşdıqlarını göstərib. Gəncədəki kişi salonlarından birində saç ustası işləyən Ramin on il bundan öncə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunub. Həbsdən buraxıldıqdan sonra Gəncəyə qayıtmayıb, Bakıda müxtəlif yerlərdə fəhlə işləyib. Qazandığı pulları spirtli içkiyə xərcləyib. Bir müddət sonra oğurluq etdiyinə görə yenidən tutulub. Sonuncu dəfə 2017-ci ilin fevralında azadlığa buraxılan Ramin nə az, nə çox, cəmisi üç aydan sonra daha ağır cinayətdə - qəsdən adam öldürməkdə ittiham olunaraq təkrar həbsxanaya qayıdıb.

Zərərçəkmiş Şərqiyyə Əliyeva ifadəsində oğlu Müşfiqin orta məktəbi fərqlənmə ilə bitirdiyini, Lənkəran Dövlət Universitetinin “gömrük işi” fakültəsinə daxil olduğunu, sonradan həmin fakültənin ləğv edildiyini və təhsilinin yarımçıq qaldığını deyib. Ananın sözlərinə görə, Müşfiq musiqi bəstələyib, mahnı oxuyub, cənub bölgəsindəki toylarda musiqiçi kimi tanınıb.

Eyni zamanda şahmatla və karate ilə də məşğul olub. Ölkə daxilində bir neçə uğurlar qazanıb. “Xəzər-Lənkəran” futbol klubunun ehtiyat oyunçularından biri olub. Amma sonradan narkotik vasitələrdən istifadə etməyə başlayıb, elə bu üzdən də sənətdən, idmandan, dostlarından uzaq düşüb. Evlənib, ailə qurub, iki övladı da oxuyub. Hətta böyük qızı yüksək balla universitetə qəbul olub.

Məhkəmənin hökmü ilə Ramin Həsənov 18 il müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner