Mojo.az Banner
23:01 Azərbaycandan Bolqarıstana ixrac olunan neftin həcmi artdı  |     22:53 Notarius ilk məhkəməsində həbs edildi  |     22:46 Ev almaq adı ilə gəldi, oğurluq etdi  |     22:40 Qızlar Universitetinin tələbələrinin aqibəti necə olacaq?  |     22:33 Məhkəmə sürücüyə bəraət verdi  |     22:28 Azərbaycan-Türkiyə Universitetinə ilk rektor təyin edildi  |     22:21 NDU-nun keçmiş şöbə müdiri tenderə görə 4 min manat alıb (TƏFƏRRÜAT)  |     22:13 16 yaşlı Mədinə niyə ölüb? - Atası danışdı  |     22:08 Naxçıvanda "İnstagram" vasitəsilə telefon dələduzluğu  |     22:00 UEFA FIFA turnirlərinə boykot elan etdi  |     21:55 Sabah Abşeron rayonunun və Bakı şəhərinin bir hissəsində qaz olmayacaq  |     21:48 UEFA Avropa Liqası: "ÇSKA Sofiya" - "Qarabağ" matçının start heyətləri bəlli oldu  |     21:41 Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı  |     21:36 Rəsmi Bakı Fransanın Martin Rayan məsələsinə dair bəyanatını qətiyyətlə rədd edib  |     21:22 "Xankəndi" futbol klubu ev oyunlarını doğma şəhərində keçirəcək  |     21:15 Saray sakinlərindən qanunsuz pul yığılır? - Video  |     21:10 Moskvada rusiyalı milyarder həbs edildi  |     21:03 KMBİ vətəndaşların kart məlumatlarını ələ keçirən iki şəxsi saxlayıb - Video  |     20:56 Ceyranbatanda illərdir həllini tapmayan problem - Video  |     20:51 Xanəndə Aqil Məlikov xəstəxanaya yerləşdirildi  |    
Left Banner
Right Banner

Ərini tanışına sifarişlə öldürtdü - MƏHKƏMƏ

28.03.2020 20:23 1 540
Ərini tanışına sifarişlə öldürtdü - MƏHKƏMƏ
Ali Məhkəmədə qəsdən adam öldürməkdə təqsirləndirilən Vəfalı Əliyevin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqil Baxşiyev 18 il 6 ay, Vəfalı Əliyev 18 il və qətli sifariş etməkdə ittiham edilən Nailə Ağayeva isə 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri veriblər.

Şirvan Apellyasiya Məhkəməsi onların şikayətlərini təmin etməyib.

Qeyd edək ki, 2018-ci il iyunun 29-da Yardımlı rayonundakı meşə zolağında yerli meşəbəyi “UAZ-469” markalı avtomobilin yanında parçalanmış insan cəsədi tapıb.

Cəsədi yırtıcı heyvanlar - canavarlar parçalayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tezliklə kişinin şəxsiyyətini müəyyən ediblər. Məlum olub ki, həmin şəxs Lerik rayon sakini Mail Ağayevdir. O da müəyyən edilib ki, kişinin meyiti meşə zolağına 8 gün əvvəl düşüb.

İlk şübhəlilər elə Ağayevin qohumları olub. M.Ağayevin 43 yaşlı həyat yoldaşı N.Ağayeva ətrafında aparılan araşdırma zamanı qadının qətl hadisəsinə qarışdığı ortaya çıxıb. Lakin qadın bu əməli təklikdə törətməyib. Bu işdə ona yaxın qohumları olan 22 yaşlı Lerik rayon sakini A.Baxşiyev və 25 yaşlı Bakı şəhər sakini V.Əliyev kömək ediblər. Adı çəkilən şəxslərin hər üçü saxlanılıb.

İlkin araşdırma zamanı məlum olub ki, N.Ağayeva ilə A.Baxşıyev arasında sevgi münasibətləri olub. N.Ağayeva etiraf edib ki, ərini aradan götürmək qərarını o, özü verib və cinayəti də özü təşkil edib. Qadının sözlərinə görə, əri onun xoşbəxtliyinə mane olub. A.Baxşiyev M.Ağayevi öldürməyə razılıq verib və bu iş üçün yaxın qohumuna müraciət edib. Məhz V.Əliyev M.Ağayevin sinəsinə bıçaq zərbəsi vurub. Sonra cinayət ortaqları boş maşını uçuruma itələyiblər və cəsədi də onun yanına qoyublar.

Beləliklə, onlar kişinin avtomobil qəzası nəticəsində öldüyü təsəvvürünü yaratmaq istəyiblər.скачать dle 11.3
Mojo.az Banner