Mojo.az Banner
23:01 "Real" Bernardonu rəsmən təqdim etdi  |     22:56 2026-cı ildə qiyməti ucuzlaşa biləcək 6 lüks SUV  |     22:50 Azərbaycanda yük qatarında tüstülənmə oldu  |     22:41 Wi-Fi şifrəsini unutmusunuz? - Telefonda və kompüterdə belə öyrənə bilərsiniz  |     22:34 Bakıda məsciddə namaz qılıb yatdı - Telefonu oğurlandı  |     22:29 Bakıda 45 min manatlıq dələduzluq  |     22:21 "Ucuz Store"da saxta aksizli içkilər aşkarlandı - İki nəfər cərimələndi  |     22:11 Həkim səhvi ilə bağlı mübahisələdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı  |     22:02 Sevgilisinin qızıllarını oğurladı, borclarını ödədi (TƏFƏRRÜAT)  |     21:57 Gəncədə 26 yaşlı gəncin meyiti tapıldı  |     21:49 Bəzi ərazilərdə qaz olmayacaq  |     21:44 Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı  |     21:36 Görüntüdəki şəxslər əsgərin nənə-babası deyil, valideynləri imiş – VİDEO  |     21:30 Yeniyetmələr üçün "ChatGPT" istifadəyə verildi  |     21:22 Kiperpolisdən əməliyyat: Onlayn kazino şəbəkəsinin rəhbəri Azərbaycana gətirildi - Video  |     21:17 "Təbrik Palace" restoranının qarşısında KÜTLƏVİ DAVA - VİDEO  |     21:14 Portuqaliyada üzün örtülməsi QADAĞAN EDİLDİ: Üç min avroyadək cərimə  |     21:01 Ermənistan Azərbaycanla ticarət əlaqələri qurmağı planlaşdırır  |     20:53 Həftəsonunadək gözlənilən hava şəraiti açıqlandı  |     20:48 Qızıl mədəni çökdü - 100-dən çox ölən var  |    
Left Banner
Right Banner

“Samur” sərhəd-keçid məntəqəsinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqəsi genişləndirilib - VİDEO

25.03.2020 22:22 2 827
“Samur” sərhəd-keçid məntəqəsinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqəsi genişləndirilib - VİDEO
Ölkə ərazisində koronavirusun yayılmasının qarşısını almaq üçün sərhəddə yaradılan qəbul-çeşidləmə məntəqələri genişləndirilib.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, respublika ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən qonşu Rusiya Federasiyası ilə sərhəddə Qusar rayonunun ərazisində yerləşən “Samur” sərhəd-keçid məntəqəsinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqəsi genişləndirilib.

Belə ki, qısa müddətdə genişləndirilən məntəqədə hazırda 240 çadır olmaqla eyni vaxtda 1200 nəfərin qalması mümkündür. Məntəqədə normal yaşayış üçün hər cür şərait yaradılıb, sanitar-gigiyenik tələblər tam təmin olunub, qidalanma, çadırların isidilməsi, gigiyenik vasitələrlə təchizat və s. ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilib.

Ərazidə görülən işlərlə əlaqədar bu gün Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev qəbul-çeşidləmə məntəqəsində olub, müvafiq tapşırıqlar verib.

Xatırladaq ki, sərhəd-keçid məntəqəsində ilkin tibbi müayinədən keçən şəxslərin qəbul-çeşidləmə məntəqəsində fəaliyyət göstərən və hər cür müasir tibbi avadanlıqlarla təchiz edilmiş FHN-in peşəkar tibbi briqadaları tərəfindən təkrar müayinəsi və burada karantin rejimində müvəqqəti qalması təmin edilir. Həmçinin, hər hansı şübhəli əlamət aşkar edilən şəxslərin daha dəqiq diaqnoz qoyulması üçün xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya təxliyyəsi nəzərdə tutulur.скачать dle 11.3
Mojo.az Banner