Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

FHN: Gürcüstanla sərhəddə qəbul-çeşidləmə məntəqələri qurulub - FOTO/VİDEO

23.03.2020 21:03 1 783
FHN: Gürcüstanla sərhəddə qəbul-çeşidləmə məntəqələri qurulub - FOTO/VİDEO
Gürcüstanla sərhəddə Qazax rayonunun ərazisində yerləşən “Qırmızı körpü” və Balakən rayonunun ərazisində yerləşən “Mazımçay” sərhəd-keçid məntəqələrinin yaxınlığında Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul-çeşidləmə məntəqələri qurulub.

Oxu.Az xəbər verir ki, Nazirlik tərəfindən görülən tədbir Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan hökumətinin tapşırığına uyğun olaraq həyata keçirilib.

Fasiləsiz rejimdə fəaliyyət göstərən məntəqələrdə hər cür müasir tibbi avadanlıqlarla təchiz edilmiş FHN-in peşəkar tibbi briqadaları fəaliyyət göstərir.

Belə ki, sərhəd-keçid məntəqələrində ilkin tibbi müayinədən keçən şəxslər burada təkrar müayinə ediləcək, hər hansı şübhəli əlamət aşkar edilən şəxslərin daha dəqiq diaqnoz qoyulması üçün xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya təxliyyəsi, şübhəli əlamət aşkar olunmamış şəxslərin isə çadırlarda karantin rejimində müvəqqəti qalması təmin olunacaq.

Hər bir qəbul-çeşidləmə məntəqəsində 20 çadır olmaqla eyni vaxtda 100 nəfərin qalmasına şərait var. Məntəqələrdə normal yaşayış üçün lazım olan hər cür şərait yaradılıb, qidalanma, gigiyenik vasitələrlə təchizat, çadırların isidilməsi və s. ilə bağlı hər hansı problem yoxdur, sanitar-gigiyenik tələblər tam təmin olunub. Zərurət yarandıqda çadırların sayı qısa müddətdə artırıla bilər.

скачать dle 11.3

Son xəbərlər