Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

“Azəriqaz” onlayn iş rejiminə keçdi

18.03.2020 20:08 1 438
“Azəriqaz” onlayn iş rejiminə keçdi
Dünyada yayılmış koronavirusun (COVİD-19) ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Hökuməti tərəfindən təxirəsalınmaz tədbirlər görülür. Bu baxımdan SOCAR-ın Baş ofisi və strukturuna daxil olan qurumlar, o cümlədən "Azəriqaz" İstehsalat Birliyində də bir sıra əlavə zəruri tədbirlərin görülməsinə başlanılıb.

Median.Az
xəbər verir ki, bayram günlərində də Birlik adi iş rejimində fəaliyyətini davam etdirəcək. Eyni zamanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlər daha da gücləndiriləcək.

Birliyin müəyyən edilmiş sayda işçiləri Novruz bayramındakı qeyri-iş günlərində (mart ayının 20, 21, 22, 23, 24, 25, 26 və 27-si) tam iş günü rejimində işlərə cəlb ediləcəklər. Lakin 60 yaşdan yuxarı şəxslər və öhdəsində azyaşlı uşağı olan qadınlar, eləcə də onkoloji və ya ağciyər xəstəliyi olan digər şəxslər, həmçinin birgə yaşayan ailə üzvlərində qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi oxşar hallar aşkarlanan işçilər qeyd edilən tarixlərdə işə cəlb edilməyəcək.

Bundan başqa qəbul otağında vətəndaşların fiziki qəbulları təxirə salınır, vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçiriləcək. Bununla yanaşı günün 24 saatı "Azəriqaz" İstehsalat Birliyinin sosial şəbəkədəki ünvanları, 104/185 saylı Çağrı Mərkəzinin qaynar xətti, (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan Whatsapp nömrəsinə də müraciətlər qəbul olunacaq. İş yerlərinə kənar şəxslərin, o cümlədən işlə əlaqədar qonaqların girişi məhdudlaşdırılır və belə görüşlərin məsafədən təşkil edilməsi üçün tədbirlər görülür.скачать dle 11.3
Mojo.az Banner