Mojo.az Banner
14:30 "Xaricdə iş" vədi ilə vətəndaşları aldadan şirkət rəhbərinə hökm oxundu  |     14:07 "Tiktok"er "Bəniz" apellyasiya şikayəti verdi  |     13:59 Şəmkirdə bədbəxt hadisə baş verib  |     13:54 Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı  |     13:46 Ərini öldürüb yaşadığı həyətdə basdıran qadının məhkəməsi oldu  |     13:39 İşdən qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi  |     13:35 "Diş fırçalayarkən suyu boş yerə axıdırıq" - Deputat  |     13:31 Azərbaycanda avtoqəzalarda 285 nəfər ölüb  |     13:26 Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO  |     13:20 Mağazalarda qıtlıq başladı – Bu məhsulun bahalaşa bilər  |     13:19 Ermənistanda çox sayda hərbçi zəhərləndi  |     13:13 "Kubinka" sakinləri "Vialon" MTK-dan narazıdır - VİDEO  |     13:08 "Benzini üstümə tökdü..." - Ölümə səbəb olan şəxsin məhkəməsi  |     13:01 Ölən vətəndaşın pensiyası varisinə verilə bilər  |     12:57 Kirayə mənzillərin qiyməti bahalaşacaq - Bu tarixlərdə  |     12:51 Azərbaycanın bu şəhərində maaş Bakıdan yüksəkdir  |     12:48 Sabah hava necə olacaq?  |     12:43 Xırdalandakı qətlə görə iki nəfər saxlanıldı  |     12:30 Gəncədə zibil poliqonunda döl tapıldı - Yenilənib  |     12:25 P.Diddi Tupak Şakurun qətli ilə bağlı ittiham oluna bilər  |    
Left Banner
Right Banner

Mahriban Əliyeva Vaqif Mustafazadəni yad etdi: “O, qısa, lakin mənalı ömür yaşadı” - FOTO

16.03.2020 23:37 2 707
Mahriban Əliyeva Vaqif Mustafazadəni yad etdi: “O, qısa, lakin mənalı ömür yaşadı” - FOTO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva görkəmli musiqiçi, bəstəkar, muğam və caz musiqisinin sintezini yaratmış Vaqif Mustafazadənin doğum günü ilə bağlı paylaşım edib.

Mehriban Əliyeva şəxsi “İnstagram” səhifəsindən yayımladığı mətndə görkəmli musiqiçinin yaradıcılığından bəhs edib:

“Vaqif Mustafazadə... Bu ad hər birimizdə ən xoş duyğular oyadır. Qısa, lakin mənalı ömür yaşadı. O, dərin köklərə malik qədim Azərbaycan muğamı ilə caz musiqisini uğurlu sintez edərək dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkrarolunmaz nümunələrini bəxş etdi. Qəlbləri titrədən gözəl melodiyaları və ritmləri milli musiqi irsimizi daha da zənginləşdirdi və bütün dünyada tanıtdı. 80 illiyi qeyd olunan Vaqif Mustafazadənin adı və yaradıcılığı yaşayır və daim yaşayacaqdır.

Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Vaqif Mustafazadənin xatirəsinə ehtiram əlaməti olaraq Heydər Əliyev Fondu tərəfindən 2012-ci ildə bəstəkarın həyat və yaradıcılığından bəhs edən musiqi albomu nəşr edilmiş, yaxın zamanlarda isə əsaslı yenidənqurma işləri aparılan Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbi istifadəyə veriləcəkdir”.
скачать dle 11.3
Mojo.az Banner