Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:07 İlham Əliyev ICESCO-nun baş direktorunu qəbul edib - Foto  |     17:53 Leyla Əliyeva Məhəmməd Əbdülsalamla görüşüb - Foto (Yenilənib)  |     17:51 Bakıda təmir zamanı hündürlükdən yıxılan şəxs öldü  |     17:50 Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye  |     17:48 Azərbaycanda icra başçısının cərimələnməsi iddiasına rəsmi cavab (Yenilənib)  |     17:43 Hansı müəssisələr ətraf mühitə təsirin qiymətləndirilməsinə cəlb olunacaq? - Prezident təsdiqlədi  |     17:23 İlham Əliyev Mirsaleh Seyidovu vəzifəsindən azad etdi - Yeni təyinat  |     17:22 Azərbaycanda 23 milyondan çox bank kartı var - Maraqlı rəqəmlər  |     17:21 Sabah bir rayonda qaz olmayacaq  |     17:17 Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb - Foto  |     17:17 Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? – Deputatdan təklif  |     17:15 Metro, dəmiryol və tramvay xətlərinin tikintisi ilə bağlı yenilik  |     17:06 Könül Həmzəyevaya qarşı 300 min manatlıq DƏLƏDUZLUQ: Məhkəmə başladı  |     16:36 Alyona Əliyeva Şamaxıda uşaq bağçalarının açılışından paylaşım edib - Foto  |     16:35 Aydın Mirzəzadə: "Ermənistan Azərbaycandan üzr istəməlidir"  |     16:27 Naxçıvanda həkim əsgər ölümünə görə həbs edildi  |     16:22 NVIDIA Ermənistanda: Bəs Azərbaycan? — İqtisadçılar danışdı  |     16:11 Qazaxda evdə partlayış oldu: Xəsarət alan var  |     16:08 Ucar Mərkəzi Xəstəxanasında mənimsəmə qalmaqalı: Vəzifəli şəxs həbs olundu  |     15:00 57 min manat ziyan vurduğu qadınla barışdı, məhkəmə azadlığa buraxdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Görkəmli pianoçu, caz ustası Vaqif Mustafazadənin doğum günüdür - VİDEO

16.03.2024 14:28 2 415
Görkəmli pianoçu, caz ustası Vaqif Mustafazadənin doğum günüdür - VİDEO
Azərbaycan muğamlarını caz texnikası ilə birləşdirərək muğam-caz musiqi janrının təməlini qoyan görkəmli pianoçu, caz ustası Vaqif Əziz oğlu Mustafazadənin doğum günüdür.

Vaqif Mustafazadə 1940-cı ildə Bakıda anadan olub.

O, ilk musiqi təhsilini anası Zivər xanımdan alıb. Mahir pianoçu olan Zivər xanım Vaqifə xalq folklor nümunələri ilə yanaşı, klassik bəstəkarların - İ.S.Baxın, L.V.Bethovenin, V.A.Motsartın, Ü.Hacıbəyovun və digərlərinin əsərlərini düzgün ifa etməyi öyrədirdi.

Yeddiillik orta musiqi məktəbini bitirən Vaqif Mustafazadə Bakıdakı Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olub və 1963-cü ildə oranı bitirib. Bu dövrdə o, S.Raxmaninovun, S.Prokofyevin fortepiano və simfonik orkestr üçün konsertlərini, İ.S.Baxın, V.A.Motsartın əsərlərini böyük ustalıqla ifa edirdi.

Gənc Vaqifi Amerikada, Qərbi Avropada təşəkkül tapmış caz musiqi janrı özünə cəlb edirdi. O, daim radio dalğalarında caz musiqisi dinləyir, onun sirlərini öyrənir və bu janrı muğamla əlaqələndirməyə başlayır, onları müasir akkordlarla, caz üslubuna uyğun improvizasiya edirdi.

Dövrün tələbinə uyğun olaraq musiqiyə qoyulmuş qadağa qarşısında tab gətirməyən Vaqif Mustafazadə Tbilisi şəhərinə gedib, Gürcüstan Dövlət Filarmoniyasında “Qafqaz” caz triosunu yaradıb.

Vaqif Mustafazadə 1970-ci ildə Bakıya qayıdıb və Azərbaycan Bəstəkarlar İttifaqında “Leyli” adlı ilk qadın vokal kvartetinin əsasını qoyub. Bu kollektiv 1971-ci ildə Azərbaycan Televiziya və Radio Komitəsinin nəzdinə keçib və “Sevil” kvarteti kimi fəaliyyətini davam etdirib.

Vaqif Mustafazadə 1978-ci ildə Monakoda VIII Beynəlxalq müsabiqədə birinci mükafata layiq görülərək “Azərbaycanın Əməkdar artisti” adını alıb, Dövlət mükafatına layiq görülüb.

1979-cu ildə Azərbaycan televiziyasının “Məktəblilərin musiqi klubu” verilişində “Caz və Azərbaycan muğamları” mövzusunda tarixi çıxışını edən Vaqif Mustafazadə bu verilişdən bir gün sonra Daşkəndə qastrol səfərinə gedib və 1979-cu il dekabrın 17-də orada vəfat edib.

Son xəbərlər