Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Afrikanın daha bir ölkəsində koronavirus aşkarlandı

16.03.2020 21:23 2 529
Afrikanın daha bir ölkəsində koronavirus aşkarlandı
Benində yeni növ koronavirus infeksiyasına ilk yoluxma halı aşkarlanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə hökumətin martın 16-da "Twitter" səhifəsində yaydığı bəyanatda məlumat verilib.

Bildirilib ki, koronavirusa yoluxmuş şəxs Belçikadan Beninə gəlmiş 49 yaşlı Burkina Faso vətəndaşıdır. Həmin şəxs fevralın 21-də Burkina Fasodan Belçikaya gedib, 11 gün orada qalıb. Martın 4-də ölkəsinə qayıdıb, 12-də isə Beninə uçub.

Hazırda xəstənin vəziyyətinin sabit olduğu, müalicə aldığı qeyd olunub.

Məlumatda həmçinin onun təmasda olduğu şəxslərin müəyyənləşdirilməyə çalışıldığı vurğulanıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 162 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 174 614-ə çatıb. Bunların 77 867 nəfəri sağalıb, 6 685 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.скачать dle 11.3
Mojo.az Banner