Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:46 Həbsdən çıxandan sonra yenə oğurluğa qurşandı - Gəncədə samovar və təkər oğrusu tutuldu | 17:31 İslam Rzayevlə bağlı qərar verildi | 17:19 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı | 17:01 Lənkəranda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb | 16:59 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiqlədi | 16:40 Valideynlərin cibinə, uşaqların dərs yükünə daha bir zərbə: Yeni imtahan təklifi | 16:16 "TikTok"da telefon satışı adı ilə dörd nəfəri aldadıb pullarını qumara qoydu – Cəzalandırıldı | 16:13 Orta aylıq maaşla Bakıda ev almaq: "50 il lazımdır" | 16:08 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi | 15:01 Deputat Fazil Mustafa QHT-lərlə bağlı yeni qaydaları izah etdi: Məqsəd nədir? | 14:58 Vilyam Hacıyev azadlığa buraxıldı | 14:49 Müştəri avtoservisdə ustanın beş min manatını oğurladı | 14:33 Skuter sürənlərə məcburi dəbilqə tələbi mikromobilliyə zərbə vura bilər - AÇIQLAMA | 14:22 Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır - Parlament razılıq verdi | 13:52 Axtarışda olan şəxsi gizlətməyin cəzası AÇIQLANDI | 13:22 Ordubadda itkin düşən şəxs Türkiyədə tapıldı | 13:17 İnsan öldükdən sonra onu təhqir edənləri nə gözləyir? – İlahiyyatçıdan AÇIQLAMA | 12:54 Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi tarix açıqlandı | 12:48 Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürdü, işçi qrup yaratdı | 12:36 İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib |
Mojo.az Avto
Mojo.az Avto

Polşada koronavirusa qarşı tədbirlərə hərbçilər də cəlb olundu

13.03.2020 23:59 2 448
Polşada koronavirusa qarşı tədbirlərə hərbçilər də cəlb olundu
Polşada COVİD-19 virusunun törətdiyi xəstəliyə qarşı mübarizə tədbirlərinə hərbçilər də cəlb olunub.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

“Ərazi müdafiə qüvvələri dövlət sərhədi boyu keçirilən yoxlamalarla bağlı tədbirlərə cəlb edilərək buraxılış məntəqələrində mülki qurumların fəaliyyətinə dəstək verir. Həmçinin hərbçilər 14 hava limanında Polşaya gələn sərnişinlərin hərarətini ölçməkdə, yerləşmə kartlarının toplanaraq çeşidlənməsində də iştirak edirlər” - deyə qeyd edilir.

Bildirilir ki, tibbi ixtisasa malik 1 100-dək hərbçi koronavirusla mübarizəyə kömək etməyə hazırdır.

Son məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 64 nəfərdir ki, bunların arasında silahlı qüvvələrin baş komandanı general-leytenant Yaroslav Mika da var.

Son xəbərlər