Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

BƏƏ ərəb dünyasında atom enerjisindən dinc məqsədlə istifadə edən ilk dövlət oldu

04.03.2020 23:46 1 569
BƏƏ ərəb dünyasında atom enerjisindən dinc məqsədlə istifadə edən ilk dövlət oldu
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərəb dünyasında atom enerjisindən dinc məqsədlə istifadə edən ilk dövlət olduğunu elan edib.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, bununla əlaqədar ölkənin Nüvə Enerjisi Korporasiyası (ENEC) məlumat yayıb. Qeyd olunub ki, təhlükəsiz, ekoloji cəhətdən təmiz və etibarlı "Bərəkah" AES-in birinci blokuna yanacaq doldurulması uğurla başa çatıb və stansiyanın bir hissəsi işə salınacaq. AES-in işlədilməsini üçün BƏƏ Federal Nüvə Tənzimlənməsi Administrasiyası (FANR) ötən ay müvafiq lisenziya verib.

ENEC-in təmsilçisi Məhəmməd Həmmadi bildirib ki, onun ölkəsi ərəb aləmində ilk dəfə AES-in bir blokunun tikintisini uğurla başa çatdırıb və stansiyanın texniki personalının 90 faizi Cənubi Koreyada kurslarda iştirak etmiş yerli mütəxəssislərdən ibarətdir. Onun sözlərinə görə, stansiyanın istismara verilməsindən əvvəl 255 sınaq və yoxlama keçirilib. Bundan başqa, Beynəlxalq Atom Enerjisi Agentliyi, Dünya Nüvə Operatorları Assosiasiyasının ekspertləri də "Bərəkah" AES-də yoxlamalar aparıblar. Onlar stansiyanın bütün müasir standartlara cavab verdiyini qeyd ediblər.

Əbu-Dabinin Dhəfrə regionunda yerləşən AES-in tam istifadəyə verilməsi üçün işlər davam etdirilir. Artıq digər bloklarda inşaat tamamlanmaq üzrədir. "Bərəkah" AES dörd blokdan ibarət olacaq və BƏƏ-nin elektrik enerjisinə olan tələbatının 25 faizini təmin edəcək.скачать dle 11.3
Mojo.az Banner