Mojo.az Banner
16:57 Mirmahmud Fəttayevin nəvəsinin ölümünün təfərrüatı bilindi  |     16:41 Avtobus ana və övladını vurdu: Ölən var  |     16:12 Qubada sərnişin avtobusu ana və övladını vurdu - Ölən var  |     15:58 DİQQƏT! - Bakının bu rayonunda hərəkət təkmilləşdirilir  |     15:57 İkili diplom proqramları üçün xarici tərəfdaş ali təhsil müəssisələrinin seçimi qaydası təsdiqləndi  |     15:48 4 milyonluq dələduzluq işi: Daha bir nəfər azadlığa çıxdı  |     15:33 "Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası" təsdiqlənib  |     15:31 İş adamına qarşı 4 milyonluq dələduzluq: Daha bir nəfər azadlığa çıxdı  |     15:06 Paşinyan Azərbaycandan Ermənistana neft məhsullarının tədarükündən danışdı  |     14:53 Prokuror Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum edilməsini təklif edib  |     14:47 Şahin Şıxlinskinin və Səfərov qardaşlarının məhkəməsi başlayıb  |     14:32 Bu il Azərbaycan iqtisadiyyatına 13 milyard manat pul qoyulub  |     14:14 Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  |     14:08 34 nəfər Almaniyadan Azərbaycana geri qaytarıldı  |     14:06 Lökbatanda yük maşını reklam dirəyinə çırpıldı: Xəsarət alan var (Video)  |     13:56 Türkiyədə məşhur aparıcı saxlanıldı  |     13:54 Azərbaycan nefti bahalaşıb  |     13:34 Delhidə 250-dən çox uçuş təxirə salındı  |     13:15 Astarada arvadını döyüb pəncərədən qaçan şəxs həbs edilib  |     12:39 Türkiyədə genişmiqyaslı əməliyyat: Daha bir neçə məşhurun saxlanılma qərarı verildi (Yenilənib)  |    
Left Banner
Right Banner

Bakıda polis qardaşın qətli: Sinəsindən bıçaqlanmış Anar qan içində küçəyə qaçıb - FOTO

25.02.2020 14:24 9 144
Bakıda polis qardaşın qətli: Sinəsindən bıçaqlanmış Anar qan içində küçəyə qaçıb - FOTO
Ötən gecə Bakının Nərimanov rayonunda öldürülən Daxili İşlər orqanlarının 31 yaşlı zabiti Anar Ramazanov Polis Akademiyasının kursantı olub.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Anar Ramazanovun qətlində iştirak etməkdə şübhəli bilinən qardaşı 28 yaşlı Araz Ramazanov tutulub.

İstintaq zamanı məlum olub ki, Anar Nəsimi rayonu 19-cu Polis Bölməsində sürücü işləyib və eyni zamanda, Polis Akademiyasının ikinci kurs tələbəsi olub.

Bildirilir ki, ötən gecə ərazi patrul polisləri onun qan içində küçəyə qaçdığını görüblər. Anar onlara bıçaqla özünü yaraladığını deyib. Lakin Ramazanovun qonşuları polislərə onun kiçik qardaşının bu işdə əli olduğunu bildiriblər.

Araz Ramazanov qardaşını sinəsindən bıçaqlayıb. 18-ci Polis Bölməsinin əməliyyatçıları şübhəli şəxsi tutublar.

İlkin dindirmə zamanı həmin şəxs bıçağın əvvəlcə Anarın əlində olduğunu deyib. Onun sözlərinə görə, qardaşının əlindən soyuq silahı necə götürdüyünü və onu yaraladığını xatırlamır.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. İstintaq davam edir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Ramazanovlar ailəsi “Funda” klinikasının sahibidir.

скачать dle 11.3