Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Astarada arvadını döyüb pəncərədən qaçan şəxs həbs edilib

18.12.2025 13:15 441
Astarada arvadını döyüb pəncərədən qaçan şəxs həbs edilib
Astara rayonu Ərçivan qəsəbəsində arvadını döyərək hadisə yerindən qaçan şəxsə hökm oxunub.

Oxu.Az-ın məlumatına görə, hadisə 2025-ci il iyulun 23-də baş verib.

Belə ki, həmin gün Gülnaz qızı Rabiyə ilə dənizə getmək istədiyi üçün əri Rafiqə mesaj yazıb (adlar şərtidir). Rafiq isə buna etirazını bildirib, bundan sonra Gülnaz onu telefonunda bloka salıb.

Axşam saat 19:15-də Rafiq evə gəlib və onlar dəhlizdə mübahisə etməyə başlayıblar. Bu zaman o, Gülnazı təhqir edib. Qadın isə boşanacağını deyib. Bundan sonra Rafiq onu itələyib, ardınca saçlarından tutaraq yerə yıxıb, baş nahiyəsindən zərbələr vurub.

Gülnaz həmin vaxt qapıya tərəf qaçıb, çölə çıxanda təsadüfən onlara gələn qardaşı Əli ilə rastlaşıb. Rafiq isə Əlinin gördükdə pəncədən atılaraq evdən uzaqlaşıb.

Daha sonra o, şikayət əsasında tutularaq cinayət məsuliyyətinə cəlb edilib.

Astara Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər