Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

İkili diplom proqramları üçün xarici tərəfdaş ali təhsil müəssisələrinin seçimi qaydası təsdiqləndi

18.12.2025 15:57 468
İkili diplom proqramları üçün xarici tərəfdaş ali təhsil müəssisələrinin seçimi qaydası təsdiqləndi
"Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası” təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.

Sənədə əsasən, bu Qayda beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi meyarlarını və prosedurlarını tənzimləyir.

Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələri, ixtisaslar üzrə təhsil proqramları və təhsil səviyyələri bu Qayda ilə müəyyən edilmiş seçim meyarlarına uyğunluğun qiymətləndirilməsinin nəticələrinə görə seçilir.

Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

tərəflər – beynəlxalq ikili diplom proqramını həyata keçirən yerli və tərəfdaş xarici ali təhsil müəssisələri;
müqavilə – Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) ilə razılaşdırmaqla, beynəlxalq ikili diplom proqramının həyata keçirilməsi ilə bağlı tərəflər arasında qarşılıqlı hüquq və öhdəlikləri özündə ehtiva edən razılaşma;
beynəlxalq ikili diplom proqramı – tərəflərin birgə həyata keçirdiyi və məzunlara yerli və tərəfdaş xarici ali təhsil müəssisəsi tərəfindən ali təhsilin səviyyələri üzrə müvafiq olaraq eyni ali ixtisas və elmi dərəcələrin verilməsini nəzərdə tutan ali təhsil proqramı (bundan sonra – Proqram);
tələbə – Proqram üzrə təhsil alması nəzərdə tutulan şəxs.

Xarici tərəfdaş ali təhsil müəssisələrinin seçimi aşağıdakı meyarlar üzrə aparılır:

xarici tərəfdaş ali təhsil müəssisəsinin seçim tarixinə beynəlxalq reytinq qurumlarının ("Times Higher Education World University Rankings”, "QS World University Rankings” və "Academic Ranking of World Universities (Shanghai Ranking)”) ən azı ikisinin tərtib etdiyi sıralamada yer alması;
xarici tərəfdaş ali təhsil müəssisəsinin bakalavr ali peşə-ixtisas dərəcəsini, magistr ali elmi-ixtisas dərəcəsini və doktorluq elmi dərəcəsini vermək səlahiyyətinin onun fəaliyyət göstərdiyi ölkənin müvafiq dövlət qurumları, keyfiyyət və akkreditasiyaya məsul aidiyyəti təşkilatları tərəfindən tanınması;
xarici tərəfdaş ali təhsil müəssisəsinin Proqramın icrası üçün irəli sürdüyü şərtlər sırasında əsaslı infrastruktur (bina tikintisi və s.) layihələrinin maliyyələşdirilməsi tələbinin olmaması.

Proqramın həyata keçiriləcəyi ixtisasların və təhsil səviyyələrinin seçimi aşağıdakı meyarlar üzrə aparılır:

ixtisasın Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun sahələrə aid olması;
ixtisas üzrə kadr hazırlığının aparılacağı yerli ali təhsil müəssisəsinin madditexniki bazasının tərəflər arasında müqavilə əsasında razılaşdırılmış təlim nəticələrinin əldə olunmasının minimum tələblərinə cavab verməsi;
ixtisas üzrə kadr hazırlığının ali təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və doktorantura təhsil səviyyələrində aparılması.

Son xəbərlər