Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə məşhur aparıcı saxlanıldı

18.12.2025 13:56 618
Türkiyədə məşhur aparıcı saxlanıldı
Türkiyəli məşhur aparıcı Okan Karacan "GAIN Media" şirkəti ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

Bu barədə Median.Az "Haber Global"a istinadən xəbər verir.

İstanbul Baş Prokurorluğundan verilən açıqlamada bildirilir ki, Terrorizmin Maliyyələşdirilməsi və Çirkli Pulların Yuyulması Cinayətləri İstintaq Bürosu tərəfindən "Futbol və digər idman yarışlarında mərc oyunlarının və şans oyunlarının tənzimlənməsi haqqında 7258 saylı Qanunu pozma", "Cinayət törətmək məqsədilə təşkilat yaratma" və "Cinayət yolu ilə əldə edilən mal varlığının yuyulması" maddələri üzrə istintaq aparılır.

Açıqlamada qeyd olunur ki, MASAK (Maliyyə Cinayətlərinin Təhqiqatı Qurumu) hesabatına görə, şübhəli Berkin Kayanın hesab əməliyyatları araşdırılıb və çox sayda yüksək dəyərdə nağd pul yatırılması və çəkilməsi aşkar edilib, bu əməliyyatların mənbəyi hələ məlum deyil və Kayanın SWIFT əməliyyatları genişmiqyaslı olmaqla, həmçinin ölkə xaricindəki şirkətlərə böyük miqdarda pul köçürmələri həyata keçirilib.

Şübhəlinin ortağı olduğu şirkətlərin araşdırılması zamanı bu miqyasda pul köçürmələrini izah etmək üçün kifayət qədər sərmayə quruluşu və ya kommersiya fəaliyyəti aşkar edilməyib, hesablarının qanunsuz mərc və fırıldaqçılıq məqsədilə istifadə edilə biləcəyinə dair kəşfiyyat məlumatları daxil olub.

Məlum olub ki, 9 iyul 2020-ci ildə qurulan "GAIN Media" şirkətinin 50% hissəsi şübhəli Berkin Kaya tərəfindən 11 iyun 2024-cü ildə əldə edilib.

Həmçinin şübhəli Selahattin Aydın tərəfindən 12 dekabr 2024-cü ildə tək səhmdarlı və 10 milyon lirəlik kapitalı ilə qurulan "Anahat Media" şirkəti yanvarın 22-də 450 milyon lirəyə "GAIN Media" şirkətini satın alıb. 28 yanvar-22 avqust tarixləri arasında "Anahat Media" şirkəti tərəfindən "GAIN Media"ya təxminən 1 milyard 76 milyon lirə dəyərində EFT və pul köçürmə əməliyyatları həyata keçirilib, bu əməliyyatların maliyyələşdirilməsi Selahattin Aydının hesabına qoyulan külli miqdarda nağd pulla təmin edilib və sözügedən məbləğlər qısa müddət ərzində "GAIN Media" şirkətinə köçürülüb.

Bütün bu əməliyyatlar birlikdə nəzərdən keçirildikdə qənaətinə gəlinib ki, cinayət yolu ilə əldə edilən gəlirlərin yuyulması məqsədilə mütəşəkkil maliyyə strukturunun yaradıldığına dair güclü şübhələr mövcuddur.

Xatırladaq ki, daha əvvəl İstanbul Baş Prokurorluğunun Terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulması cinayətlərinin istintaqı Bürosu məşhur "GAIN Media" rəqəmsal platformasına qarşı əməliyyat keçirib, "GAIN Media"nın və onunla əlaqəli şirkətlərin fəaliyyəti araşdırılıb. Əməliyyat nəticəsində qanunsuz qumar fəaliyyəti və cinayətkar təşkilat yaratmaq ittihamı ilə üç şübhəli saxlanılıb.скачать dle 11.3
Mojo.az Banner