Mojo.az Banner
22:59 Paytaxtdakı bu nişan sürücülərin cərimələnməsinə səbəb olur — VİDEO  |     22:52 Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?  |     22:46 Dövlətə xəyanət: 4 nəfər barəsində qərar verildi  |     22:40 Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - (Video)  |     22:31 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA  |     22:26 Gecə cəmi 11 dəqiqə artıq yatmaq ürək sağlamlığı üçün nə qədər əhəmiyyətlidir?  |     22:20 Nömrə 1000 dollara, maşın pulsuz satılır  |     22:14 Dövlət qurumunda 1700 işçi çıxıb  |     22:06 Bacısının evində qonaq qaldı, 1050 manatlıq oğurluq etdi  |     22:00 Peşə təhsili müəssisələrinə tələbə qəbulu: II mərhələnin nəticələri AÇIQLANDI  |     21:53 İşdən çıxarılan sabiq direktor məktəbin sanitar qovşağını sökdürdü - VİDEO  |     21:47 Nəticələr açıqlandı: 1467 namizəd müəllim adını qazandı  |     21:40 Bakıda bəzi yollar bağlanacaq  |     21:33 Bu 3 bürcə möcüzə gəlir  |     21:27 Bakıda bu poliklinikalar TƏMİR OLUNACAQ  |     21:17 Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar  |     21:14 Bu avtomobillər 600 manatdan satışa çıxarılır  |     21:09 Biləcəri enişində yolun bağlanması prosesi gecikib - SƏBƏB  |     20:51 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub  |     20:51 İsveçrəyə səfir təyin olunan Vaqif Sadıqov kimdir? - DOSYE  |    
Left Banner
Right Banner

Təhsil Nazirliyindən sosial şəbəkələrdə müraciət yayan müəllimlə bağlı AÇIQLAMA

20.02.2020 14:22 1 398
Təhsil Nazirliyindən sosial şəbəkələrdə müraciət yayan müəllimlə bağlı AÇIQLAMA
Təhsil Nazirliyi müəllimin sosial şəbəkələrdə yayılan müraciətinə aydınlıq gətirib.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Qasımov Elnur Ağaxan oğlu 13.09.2011-ci ildə öz razılığına əsasən, Cəlilabad rayonu Sərxanlı kənd ümumi orta məktəbinə ingilis dili müəllimi təyin edilib.

Qaydalara müvafiq olaraq, E.Qasımova 15.09.2011-ci ildə beş il müddətində ilkin yaşayış şəraitinin yaxşılaşdırılması, kirayə haqqının ödənilməsi və sair xərclər üçün əməkhaqqına kompensasiya və əlavələr ödənilib.

E.Qasımov 2015-ci ildə keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında iştirak edərək, mümkün 60 baldan cəmi 37 bal (ixtisas üzrə 23 bal, metodika üzrə 14 bal) toplayıb.

Hazırda o, Cəlilabad rayonu Sərxanlı kənd ümumi orta məktəbində ingilis dili fənni üzrə 23 dərs saatı ilə təmin edilib.

Məlum olduğu kimi, 2014-ci ildən başlayaraq, respublika üzrə dövlət ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışan müəllimlərin iş yerlərinin digər ümumi təhsil müəssisəsinə dəyişdirilməsi hər ilin iyun ayında (tədris ilinin sonunda) mərkəzləşmiş elektron qaydada müsabiqə yolu ilə həyata keçirilir.

Müsabiqə zamanı müəllimlərin iş yerinin dəyişdirilməsi onların qiymətləndirmə nəticələrinə (yəni, bilik və bacarıq imtahanında qazandıqları ballara) uyğun olaraq aparılır.

Buna müvafiq olaraq, Biləsuvar rayonu üzrə ingilis dili fənnindən 2018-2019-cu tədris ili üçün keçirilmiş müsabiqə zamanı beş vakant yer, 2019-2020-ci tədris ili üçün müsabiqə zamanı isə əlavə olaraq səkkiz vakant yer elan edilib, vakant yerlərə isə müəllimlərin işə qəbulu üzrə müsabiqə çərçivəsində təyinat aparılıb.

Belə ki, Biləsuvar şəhər Ə.Eynullayev adına 4 nömrəli tam orta məktəbə 53 bal toplamış namizəd, Biləsuvar şəhər N.Nərimanov adına 6 nömrəli tam orta məktəbə 50 bal toplamış namizəd, Xırmandalı kənd C.Məhərrəmov adına 1 nömrəli tam orta məktəbə 47 bal toplamış namizəd, Yuxarı Ağalı kənd A.Abdulov adına ümumi orta məktəbə isə 43 ballı namizəd və digərləri yerləşdirilib.

E.Qasımov 2019-cu ilin oktyabr və dekabr aylarında Biləsuvar Rayon Təhsil Şöbəsinin müdirinin qəbulunda olub, ona müəllimlərin yerdəyişmə qaydaları dəfələrlə izah edilib.

Bununla belə, E.Qasımov 2018-2019-cu və 2019-2020-ci tədris ili üçün keçirilmiş müəllimlərin işə qəbulu və yerdəyişmə müsabiqələrində iştirak etməyib. Həmçinin, qeyd edək ki, E.Qasımov tərəfindən Təhsil Nazirliyinə rəsmi müraciət olunmayıb.

E.Qasımova 2020-ci ildə keçiriləcək növbəti müəllimlərin iş yerinin dəyişdirilməsi (iyun) və ya daha yüksək bal toplamaq üçün işə qəbulu müsabiqəsində iştirak etmək tövsiyə edilib.

Qeyd edək ki, Biləsuvar rayon Nəsimi kənd sakini Elnur Qasımov sosial şəbəkə vasitəsilə Təhsil naziri Ceyhun Bayramova müraciət edib. O bildirib ki, 2011 ci ildən nazirliynin xətti ilə Cəlilabad rayon Sərxanlı kəndində ingilis dili müəllimi işləyir və hər gün dörd nəqliyyat vasitəsi istifadə edərək, dərs demək üçün Biləsuvar rayon Nəsimi kəndindən Cəlilabad rayon Sərxanlı kəndinə gedir.скачать dle 11.3
Mojo.az Banner