Mojo.az Banner
14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |     13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |     13:08 Qadını şantaj edən gənc həbs olundu  |     12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

“4 dairədə nəticələrin ləğv edilməsi Azərbaycanda seçkilərin demokratik keçirildiyini göstərdi” - Elman Nəsirov

13.02.2020 21:19 2 491
“4 dairədə nəticələrin ləğv edilməsi Azərbaycanda seçkilərin demokratik keçirildiyini göstərdi” - Elman Nəsirov
"Bu gün Mərkəzi Seçki Komissiyası tərəfindən 4 dairədə seçki nəticələrinin ləğv edilməsi Azərbaycanda seçkilərin nə qədər ədalətli və demokratik keçirildiyini bir daha göstərdi. Nəticələri ləğv olunan şəxslər arasında Yeni Azərbaycan Partiyasından olan namizədlərin olması isə ölkəmizdə demokratiyanın təntənəsini nümayiş etdirdi”.

Bu fikirləri demokrat.az-a açıqlamasında 9 fevralda keçirilmiş Milli Məclisə seçkilərdə 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə ən yüksək səs toplamış deputatlığa namizəd, Yeni Azərbaycan Partiyasının üzvü Elman Nəsirov bildirib.

Elman Nəsirov deyib ki, həmin dairələrdə nəticələrin ləğv edilməsi Azərbaycanda qanun aliliyindən xəbər verir:

"Yəni, Azərbaycanda seçki pozuntuları olduğu təqdirdə dərhal qanunun tələbləri işə düşür. Əgər gələcəkdə də bu cür hallar olacaqsa və konkret faktlarla sübuta yetiriləcəksə, dərhal qanunun tələbləri icra olunacaq. Mən bir daha qeyd edirəm ki, əgər Azərbaycanda demokratik seçki olmasaydı, o zaman MSK seçkilərə liderlik etmiş hakim Yeni Azərbaycan Partiyasının tanınmış üzvlərinin nəticələrini ləğv etməzdi.

Eyni zamanda digər bir sıra seçki dairələrindən daxil olan şikayətlərə baxılır və araşdırılır. Bütün bunlar onu göstərir ki, Azərbaycanda keçirilən parlament seçkiləri tam demokratik, şəffaf, azad və rəqabət şəraitində təşkil olunub. Bu seçkilər zamanı müxalifətin də sərbəst toplaşmaq azadlığını həyata keçirməsi üçün bütün imkanlar yaradılıb”.

Elman Nəsirov qeyd edib ki, 9 fevral tarixində keçirilən Milli Məclisə seçkilər demokratik, şəffaf və azad şəkildə təşkil olunub:

"Bu seçkilər bir daha onu göstərdi ki, Azərbaycan demokratik yol seçmiş dövlətdir və bu istiqamətdə uğurla irəliləyir. Bu seçkilərdə 58 ölkədən 883 beynəlxalq müşahidəçi müşahidə aparırdı. Həmin müşahidəçilərin mütləq əksəriyyəti seçkilərin nəticələrini yüksək dəyərləndirib. Hətta, bəzi xarici müşahidəçilər öz ölkələrində də bu cür nümunəvi seçkilərin keçirilməsini vurğulayıb”.скачать dle 11.3
Mojo.az Banner