Mojo.az Banner
Son Xəbərlər
14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |     11:52 Dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu imiş – AÇIQLAMA  |     11:42 Məşhur meyxanaçı vəfat etdi - Foto  |     11:34 Bakının əsas prospektlərindən birində yeni radar quraşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Dəmiryolçular parkı bərbad vəziyyətdədir - VİDEO

06.02.2020 22:16 1 729
Dəmiryolçular parkı bərbad vəziyyətdədir - VİDEO
Gəncədə yerləşən, bir vaxtlar insanların istirahət məkanı olan Dəmiryolçular parkı, bu gün sanki məişət tullantılarının yığıldığı məkanı xatırladır.

Baku.Tv xəbər verir ki, bir vaxtlar dəmiryolçular və onların ailələri üçün salınan bu parkda artıq nə dəmiryolçular istirahət edə bilir, nə də digər şəhər sakinləri. Park baxımsızlıqdan yararsız vəziyyətə düşüb. Bu gün ərazi sanki məişət tullantılarının yığıldığı, üfunət iyi verən məkana çevrilib.

Sakinlərin sözlərinə görə, bu cür mənzərə təxminən, 10 ildən çoxdur ki, davam edir.

Park Azərbaycan Dəmiryolları QSC balansındadır. Lakin aidiyyəti qurumu parkın vəziyyəti maraqlandırmır. Üstəlik, vaxtı ilə parkda çalışan işçilər də ixtisara salınıb.

Çəkiliş apardığımız zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional İdarəsinin rəsmiləri qurumuş ağacların ərazidən götürülməsi ilə məşğul idi. Mütəxəsisslər deyir ki, burada quruyan ağaclar insanlar üçün təhlükəli vəziyyətə çatıb. Parka nəzarət edəcək şəxslərə ərazidən qurumuş ağacların götürülməsi ilə bağlı rəsmi rəy hələ 2016-cı ildə verilib. Lakin verilən rəy yerinə yetirilməyib.

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirildi ki, parkın bərpası istiqamətində işlərə baxıla bilər. Amma nə zaman baxılacaq, bu sual açıq olaraq qalır.

Son xəbərlər