Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda keçiriləcək Avropa çempionatına titullu komandalar qatılacaq - ADLAR

04.02.2020 17:11 1 895
Bakıda keçiriləcək Avropa çempionatına titullu komandalar qatılacaq - ADLAR
10-20 sentyabr tarixlərində Bakıda keçiriləcək polo üzrə XIII Avropa çempionatında iştirak edəcək komandalar artıq bəlli olub.

Həmin komandalar reytinq xallarına əsasən müəyyənləşib.

Meydan sahibi Azərbaycan və sonuncu Avropa çempionatının qalibi İtaliyanın avtomatik olaraq iştirakları təmin olunmuşdu. Digər iştirakçı altı komanda isə bunlardır: Fransa, İngiltərə, İspaniya, İsveçrə, Niderland və Avstriya.

Bu millilərdən İngiltərə altıqat, Fransa və İtaliya ikiqat Avropa çempionlarıdır. İspaniya yığması isə bir dəfə Avropa birinciliyinin ən yüksək pilləsinə yüksələ bilib.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçiriləcək Avropa çempionatında iştirak edəcək milli komandanın tərkibi də müəyyən edilib. Heyət Argentinada keçirilmiş ilk təlim-məşq toplanışından ötən ay geri qayıdıb. Növbəti təlim-məşq toplanışı üçün komanda mart ayında yenidən Argentinaya yola düşəcək. Hazırlıq müddəti üç ay olacaq.

Bundan başqa, XIII Avropa çempionatının keçiriləcəyi Binə Atçılıq Mərkəzinin ərazisində hazırda ümumi sahəsi yeddi hektardan artıq olan, futbol meydançası böyüklüyündə səkkiz tam ölçülü polo meydançasının inşasına başlanılıb.

Qeyd edək ki, 2018-ci ilin sentyabr ayında İtaliyanın Florensiya şəhərində keçirilən sonuncu Avropa çempionatında millimiz bütün rəqiblərini geridə qoyaraq yalnız finalda meydan sahiblərinə məğlub olmaqla, turnirin gümüş medallarını qazanıb.скачать dle 11.3
Mojo.az Banner