12:02 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA açıqlandı  |     12:00 Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək  |     11:59 Ölkəyə İrandan külli miqdarda narkotik gətirən TIR sürücüsü saxlanıldı - Video  |     11:58 Baş prokuror Kamran Əliyev Braziliyaya gedib  |     11:57 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ  |     11:55 Həbsdəki sabiq qərargah rəisi vaxtından əvvəl azadlığa çıxdı  |     11:54 Azərbaycan neftinin qiyməti artıb  |     11:53 Bakıda 87 yaşlı moped sürücüsü qəzada öldü  |     11:46 İslandiyada ilk dəfə ağcaqanadlar görünüb  |     11:44 "WhatsApp"da yeni FUNKSİYA  |     11:42 Fransada 24 yaşlı qadın 1.5 milyon avroluq oğurluqda ittiham olunur  |     11:41 Ələt qəsəbəsində avtomobil iki piyadanı vuraraq öldürüb  |     11:11 COVID-lə mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb  |     23:01 Marketdə istehlaka yararsız məhsullar aşkarlanıb  |     22:54 "Roşka" ləqəbli tiktokerin məhkəməsi: Sərbəst ifadələr yekunlaşdı  |     22:48 Yeraltı keçidlər sökülə bilər? - EKSPERT AÇIQLADI  |     22:42 Ağdamda dəfn edilmiş şəxsin məzar daşı Xocavənddə aşkarlanıb  |     22:35 Vensan Abubakar rəsmən "Neftçi"də  |     22:30 Dövlət qurumlarında iş vədi ilə pul alan "polkovnik"ə hökm oxundu  |     22:22 F-16 və F-22: Niyə daha sürətli təyyarə həmişə daha yaxşı deyil?  |    

Bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı avtobus sürücüsü tutuldu - RƏSMİ

Daxili İşlər Nazirliyi (DİN) turistlərin düşdüyü yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 26-da saat 10 radələrində Ağsu rayonunun Nüydü kəndi ərazisində Şəki rayon sakini İlham Quliyevin idarə etdiyi “VAZ-2106” və Gürcüstan vətəndaşı R.Ramazanovun idarə etdiyi “Mercedes” markalı avtobus toqquşduqdan sonra sonuncu avtomobil aşıb.

Nəticədə İ.Quliyev və sərnişinlərindən arvadı İlahə hadisə yerində ölüb, azyaşlı qızı Aysu və oğlu, habelə R.Ramazanovun 3 sərnişini xəstəxanaya yerləşdirib. Xəsarət alan Aysu xəstəxanada ölüb.

Avtobusun sürücüsü şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 275 27.01.20 18:06