Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Avtobus iki minik avtomobili ilə toqquşdu - Ölən və xəsarət alan var

25.02.2019 22:16 2 432
Avtobus iki minik avtomobili ilə toqquşdu - Ölən və xəsarət alan var
Masallı rayonunun Təzə Alvadı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən verilən məlumata görə, fevralın 23-də saat 11 radələrində Masallı rayonunun Təzə Alvadı kəndi ərazisində Biləsuvar rayon sakini R.İsmayılov idarə etdiyi "Mercedes" markalı mikroavtobusla yolun əks istiqamətinə çıxaraq Ağdam rayon sakini A.Ağayevin idarə etdiyi "Nissan" markalı avtomobillə toqquşduqdan sonra yolun kənarında dayanmış, Cəlilabad rayon sakini M.Məlikova məxsus "Great Wall" markalı avtomobilə çırpılıb. Nəticədə A.Ağayev hadisə yerində ölüb, R.İsmayılovun bir sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.//milli.az

Son xəbərlər