Mojo.az Banner
19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |     18:26 Şimali Kiprdə gəmi qəzasına görə tutulan Azərbaycan vətəndaşlarının həbs müddəti artırıldı  |     18:10 Ermənistan Azərbaycan və Türkiyədən elektrik enerjisi alacaq  |     17:57 İranla sərhəddə əməliyyat: 35 kiloqram narkotik aşkarlandı  |     17:47 Gürcüstanla sərhəddə əməliyyat: 6 əcnəbi saxlanıldı - Foto  |     17:34 Goranboy sakini güllələnərək öldürüldü - Saxlanılan var  |     17:10 Manatın gələcək məzənnəsi ilə bağlı proqnoz  |     17:08 "Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi  |     16:33 Hərbi xidmətə saqqalla yollanmaq istəyənlər bu qaydanı bilməlidir – Ekspert açıqladı  |     16:28 Qazaxıstanda narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilən Navaiyə görə Rusiyadan NOTA  |     16:20 Lerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu  |     16:16 İsrail prezidentinin Bakı səfərini manipulyasiya edənlərə cavab: Bilet alıb, adi reyslə uçub  |     16:11 Küləkli havada çalışanların nəzərinə: İş dayandırılacaq  |     16:08 Azərbaycanda bəzi həkimlərə rütbələr veriləcək  |     16:04 Fransa niyə yenidən Azərbaycanı hədəfə aldı? – TƏHLİL  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda itkin düşən şəxs qaçaqmalçı olub

23.01.2020 19:18 1 653
Bakıda itkin düşən şəxs qaçaqmalçı olub
Bakıda itkin düşən gəncin axtarışı polisləri sərhədçilərin yanına gətirib çıxarıb.

Bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Xəzər rayonunun 1-ci polis bölməsinə Qala qəsəbə sakini, 37 yaşlı Anar Kərəm oğlu Əhmədovun itkin düşməsi ilə bağlı məlumat daxil olub. 18 yanvar saat 09:00 radələrində o “AzSamand” markalı avtomobili ilə öz həyətindən çıxıb. O vaxtdan bəri qohumları onun haqqında heç bir xəbər almayıblar.

Yanvarın 22-də aparılan araşdırmalar zamanı müstəntiqlər A.Əhmədovun Azərbaycan sərhədçiləri tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan bandanın üzvü olmaqda şübhəli bilinərək saxlanıldığını müəyyən ediblər.

A.Əhmədova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34, 206 (qrup şəklində qaçaqmalçılıq) və 234-cü (narkotik vasitələr və psixotrop maddələri qanunsuz əldə etmə, saxlama) maddələri ilə cinayət işi açılıb.

Faktla bağlı istintaq davam edir.скачать dle 11.3
Mojo.az Banner