Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:11 Bu göbələklərdən uzaq durun - EKSPERTDƏN XƏBƏRDARLIQ | 17:02 Azərbaycanda ərli qadını qaçıran evli kişi həbs olundu | 17:01 ​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur | 16:57 Prezident bir qrup media nümayəndəsini təltif etdi | 15:02 Ronaldo milli karyerasını bitirdi (AÇIQLAMA) | 14:49 Ermənistan Parlamenti TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək | 14:46 Məcəlləyə dəyişiklik: Kim Azərbaycanın vergi rezidenti hesab ediləcək? | 14:39 Bakıda bu avtobuslar YENİLƏNİR | 14:34 Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər? | 14:27 Bayram günlərində işləyənlərə əlavə əməkhaqqı necə hesablanmalıdır? – AÇIQLAMA | 14:25 Saatlıq əməkhaqqı sistemi tətbiq oluna bilər: Kimlərə şamil ediləcək? | 14:23 Paşinyanın Türkiyəyə səfəri planlaşdırılır | 14:23 Mövsümi işçilərlə bağlı yeni qayda təklif olunur | 14:13 Daha bir rüsumun ləğvi təklif olunur | 13:54 Rəcəb Tayyib Ərdoğandan Azərbaycana gözlənilən səfəri ilə bağlı açıqlama (Yenilənib) | 13:46 Uşaq pulu olmadan demoqrafik artıma nail olmaq çətindir – EKSPERT | 13:32 Nigar Fərhadın əri yenidən həbs olundu | 13:22 Lotereya və idman mərc oyunları üçün yeni vergi qaydaları təklif edilir | 13:22 DTX dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri yaxaladı | 13:21 Kənd təsərrüfatında vergitutma qaydaları dəyişir |
Mojo.az Avto
Mojo.az Avto

Zelenski istefası üçün əsas şərti açıqladı

20.01.2020 21:50 1 806
Zelenski istefası üçün əsas şərti açıqladı
Ukrayna Prezidenti Vladimir Zelenski dövlət başçısı vəzifəsindən istefa verməsinin şərtini açıqlayıb.

Bu barədə o, “The Timesof Israel” qəzetinə müsahibəsində danışıb.

“Məni hər hansı siyasi məsələdə yox, həqiqi korrupsiya ilə ittiham etsələr - həqiqətən baş verən bir hadisə ilə əlaqədar olsa, konstitusiyaya görə istefa verməli olacağam”, - deyə o, bəyan edib.

Zelenski hakimiyyətə gələnə qədər Ukrayna prezidenti vəzifəsini yalnız könüllü olaraq tərk edə bilərdi, baxmayaraq ki, ölkə Konstitusiyası impiçment imkanını təmin edir. 2019-cu ilin sentyabrında Ukraynanın Ali Radası Zelenskinin təklif etdiyi impiçment haqqında qanunu qəbul edib.

Sənədə əsasən, parlament prezident tərəfindən törədilən dövlətə xəyanət və ya digər cinayət faktlarının araşdırılması üçün xüsusi müvəqqəti istintaq komissiyası yaradacaq.

Prezident də öz növbəsində müdafiəçilərin xidmətlərindən istifadə edə bilər.

Həmçinin, iclasda dövlət sirri açıqlanmayacağı təqdirdə impiçment dinləmələri açıq olmalıdır.

Son xəbərlər