Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Zelenski Ali Radanı buraxdı

21.05.2019 20:26 3 226
Zelenski Ali Radanı buraxdı
Ukrayna prezidenti Vladimir Zelenski Ali Radanın buraxılması barədə Fərman imzalayıb. Prezident həmçinin iyulun 21-də parlamentə növbədənkənar seçkilərin keçiriləcəyini bəyan edib.

Dövlət başçısının fərmanında bildirilir ki, Ali Radanın buraxılması qərarı 30 gün ərzində hakim koalisiyanın olmamasından irəli gəlib. (Ukrayna Konstitutsiyasının I hissəsinin II maddəsinin I bəndinə əsasən).

Prezidentin inauqurasiyasından az öncə, mayın 17-də parlamentin spikeri Andrey Parubiy hakim koalisiyanın süqutunu elan edərək, yeni koalisiya sazişi aparmaq üçün 30 günlük müddət təyin edib.

Zelenski hökumətə seçkilərin maliyyələşdirilməsini təmin etməyi tapşırıb. Sənəd dərc edildiyi gündən qüvvəyə minir.

Mayın 21-də Ukrayna prezidenti parlament fraksiyalarının rəhbərfləri ilə müşavirə keçirib. Müşavirədə növbədənkənar seçkilərin keçirilməsi məsələsi və seçkilərin gününün müəyyən edilməsi müzakirə olunub.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski andiçmə mərasimindən sonra etdiyi çıxışda yaxın zamanda Ali Radanı buraxacağını elan edib. O, Ukrayna parlamentindən deputat toxunulmazlığının ləğv olunması ilə bağlı qanun qəbul etmələrini tələb edib.скачать dle 11.3

Son xəbərlər