Mojo.az Banner
Son Xəbərlər
16:12 Ölkədə leysan olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq  |     16:10 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək  |     16:06 Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video  |     14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Yol qəzaları ilə bağlı qorxunc statistika açıqlandı - HƏYƏCAN TƏBİLİ

12.12.2019 15:07 1 427
Yol qəzaları ilə bağlı qorxunc statistika açıqlandı - HƏYƏCAN TƏBİLİ
11 ay ərzində baş verən yol qəzaları nəticəsində təkcə Bakıda 167 nəfər həyatını itirib.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, bu ilin 11 ayı ərzində təkcə Bakıda 167 nəfər yol-nəqliyyat hadisələrinin qurbanı olub:

“Bu istiqamətdə çoxsaylı maarifləndirmə tədbirləri aparsaq da, təəssüf ki, yol qəzalarında həyatını itirən insanların sayı yenə də çoxdur. Təəssüf doğuran məqamlardan biri isə yol qəzalarında daha çox piyadaların ölməsidir. Qəzaların 50 faizi isə yolun piyadalar üçün təyin olunmayan hissəsindən keçən şəxslərə görə baş verib.

2019-cu ilin yanvar-noyabr ayları ərzində Bakı şəhəri ərazisində 488 yol yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalarda 167 nəfər ölüb, 438 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Daha dəqiq desək, piyada vurulması ilə nəticələnən yol qəzalarının sayı 294 olub. Həmin qəzalarda isə 107 nəfər ölüb, 187 nəfər isə müxtəlif xəsarət alıb” .

V.Əsədov onu da əlavə edib ki, bu göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb:

“Ötən ilin eyni dövrü ilə müqayisə etdikdə, piyadaların avtomobillərlə vurulması ümumi yol qəzalarının 64 faizini təşkil edir. Bu, artıq həyəcan təbilinin çalınması deməkdir. Yol qəzalarının böyük əksəriyyəti axşam saatlarında və işıqlandırma ilə bağlı problem olan yollarda, eləcə də, piyadalar üçün nəzərdə tutulmuş yerüstü və yeraltı keçidlərin yaxınlığında qeydə alınıb.

Biz dəfələrlə piyadalara müraciət edərək bildiririk ki, əvvəlcə öz təhlükəsizliyinizə görə, daha sonra isə yol hərəkəti qaydalarına və ətrafdakı digər insanların təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə qaydalara əməl etsinlər. Yolu keçərkən qulaqcıqlardan istifadə etmək olmaz”.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədovun sözlərinə görə, aparılan təbliğat işləri, yol hərəkəti iştirakçılarının maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə baxmayaraq, bəzi piyadalar yol hərəkəti qaydalarına əməl etmirlər.

Elə buna görə də, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi nöbəti dəfə piyadalara müraciət edib. Bununla yanaşı, piyadalara tövsiyə olnur ki, yolda hərəkət zamanı qulaqcıqlardan istifadə etməsinlər, geyimlərinin üzərində işıqqaytarıcı elementlərin olmasına diqqət etsinlər.

Son xəbərlər