Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu il Azərbaycanda avtomobil qəzalarında ölənlərin sayı AÇIQLANDI

09.04.2021 12:25 2 202
Bu il Azərbaycanda avtomobil qəzalarında ölənlərin sayı AÇIQLANDI
2021-ci ilin üç ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 376 yol nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu qəzalarda 125 nəfər həlak olub, 370 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 45 (-10,7 %) fakt, ölənlərin sayı 56 (-30,9 %) nəfər, yaralananların sayı isə 8 (-2,1 %) nəfər azalıb.

Aparılan təhlillər göstərir ki, 365 (97 %) yol nəqliyyat hadisəsi məhz sürücülər tərəfindən (piyadalar tərəfindən 9 - 2,4%) yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib. Bu qayda pozuntularının 43,2 %-i, yəni 158-i sürücülər tərəfindən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi, 29,8 %-i isə, yəni 109-u qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması olub.

Yol nəqliyyat hadisələrinin növləri içərisində piyadanı vurmaq (142 - 37,7 %, 49 ölü, 99 yaralı) və toqquşma (136 - 36,1 %, 35 ölü, 179 yaralı) yenə də üstünlük təşkil edir.

Həlak olan 125 nəfərdən (qadınlar 20 nəfər, 7-16 yaş 7 nəfər,) 50-si piyada, 42-si sürücü, 29-u sərnişin, 3-ü isə velosipedçi olub.скачать dle 11.3

Son xəbərlər