Mojo.az — elanlar
Son Xəbərlər
13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda təcili tibbi yardıma yol verməyən bahalı maşının sürücüsü qadın çıxdı - VİDEO

05.12.2019 19:51 3 396
Bakıda təcili tibbi yardıma yol verməyən bahalı maşının sürücüsü qadın çıxdı - VİDEO
Ötən gün paytaxtın Tbilisi prospektində təcili tibbi yardım maşınına yol verməyən "Toyota" markalı maşınla bağlı rəsmi açıqlama verilib.

Median.Az
Milli.Az-a istinadən xəbər verir ki, "Hər şey daxil"in telefonla efirinə qoşulan Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov 90-SJ-100 dövlət nömrə nişanlı "Toyota Land Cruser"in sürücüsünün qadın olduğunu açıqlayıb:

"Bu kadrlar sosial şəbəkələr vasitəsi ilə yayımlanıb. Açıq-aşkar görünür ki, təcili tibbi yardım avtomobilinin sürücüsü keçmək üçün aidiyyətı üzrə siqnal verir və verilmiş bu siqnal əsasında sürücülər həmin avtomobilin sərbəst hərəkətinə şərait yaradır. Lakin qeyd etdiyiniz avtomobil sürücüsü Tbilisi prospektində təcili tibbi yardım avtomobil sürücüsünün iki dəfə yol istəməsi açıq-aşkar görünsə də və digər sürücülər onun hərəkətinə şərait yaratmaq istəsələr də sürücü xanım təcili tibbi yardım avtomobilinə yol verilən əraziyə daxil olur. Artıq həmən sürücünün aşkarlanması və barəsində qanunveriliyin tələblərinə uyğun tədbirlərin keçirilməsinə başlanılıb. Əgər hal-hazırda avtonəqliyyat vasitəsinin sürücüsü özü könüllü Bakı Şəhər Dövlət Yol Polisinə müraciət edib səmimi etiraf edirsə, bu yüngülləşdirici hal kimi qəbul edilir. Törətdiyi xəta ilə bağlı izahat aldıqdan sonra ətraflı inzibati protokol tərtib olunacaq".

Aparıcı Tarix Əliyev (Tolik) polis polkovnikinə "Əks təqdirdə, xanım gəlməsə bəs? Bu xuliqanlıq sayılırmı?" sualını ünvanlayıb. Vaqif Əsədov aparıcının sualına "Söz yox ki, texniki vasitələrimiz var. Yəni, bu texniki vasitələrin köməyi ilə həmən avtomobil hansı istiqamətdə belə hərəkət edirsə, onun tərəfimizdən məcburi dayandırılması baş tutacaq. Orada təkcə sosial şəbəkələrlə yayımlanan süjet deyil. Deməli, Bakı şəhəri üzrə quraşdırılmış video kameraların köməyi ilə həmin nəqliyyat vasitəsinin hərəkəti tam izlənilib. Sözsüz ki, yol boyu hər-hansı bir xətaya yol verməsi də aşkarlanır. Eyni zamanda bu varsa, qanunvericilikdə göstərilən tələblər üzrə məsuliyyətə cəlb edilir" cavabını verib.

Qeyd edək ki, sözügedən təcili yardım maşınında insult keçirən qadın olub.


Son xəbərlər