Mojo.az Banner
12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |     12:35 Doğulan və ölənlərin sayı açıqlandı  |     12:34 Əhalinin gəlirləri artıb - Foto  |     12:32 Tanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var  |     12:30 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb - Foto  |     12:29 Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır"  |     12:26 Xaçmazda mağazada yanğın - Hadisə yerindən görüntülər (Video)  |     12:26 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |     12:21 Hörmüz boğazında neft tankerləri minaya düşdü  |     12:06 Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video  |     11:49 Borca görə həbs oluna bilərsiniz – AÇIQLAMA  |     11:47 Nikol Paşinyan Azərbaycanla sülh prosesində Almatı Bəyannaməsinin rolundan danışıb  |     11:46 Özbəkistan 2027-ci ildə MDB-yə sədrlik edəcək  |     11:25 Paşinyan səhərini Azərbaycan dilində mahnı ilə açdı - Video  |     11:23 Azərbaycan neftinin qiyməti 133 dolları keçdi  |     11:14 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     11:12 Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq  |     11:11 İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı artdı  |     11:10 Naxçıvanda bir evdə iki dəhşətli hadisə: Türkiyədən gələn qardaş bacısına 19 bıçaq zərbəsi endirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Xəzərdə dalğanın hündürlüyü 5,2 m olub - FAKTİKİ HAVA

05.12.2019 17:54 3 853
Xəzərdə dalğanın hündürlüyü 5,2 m olub - FAKTİKİ HAVA
Dekabrın 5-i ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, düşən yağıntının miqdarı Lənkəranda 24 mm, Astarada 19 mm, Oğuzda 13 mm, Kişçayda 12 mm, Şəkidə 11, Daşkəsəndə 10 mm, Göygöldə 9 mm, Mingəçevirdə 8 mm, Qəbələ, Gədəbəy, Yardımlıda 7 mm, Quba, Sarıbaş, Ağsuda 6 mm, Tərtər, Naftalanda 5 mm, Naxçıvan, Şahbuz, Gəncə, Zaqatala, İsmayıllı, Qusar, Bərdə, Lerik, Sədərəkdə 4 mm, Şərur, Ordubad, Ağdərə, Xaltan 3 mm, Bakı, Şabranda 2 mm, Maştağa, Zabrat, Şəmkir, Tovuz, Ağdam, Balakən, Mərəzə, Altıağac, Qırız, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Neftçala, Nabranda 1 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Daşkəsəndə 16 sm, Sarıbaşda 11 sm, Göygöldə 7 sm, Ağdərədə 6 sm, Qırızda 5 sm, Xaltanda 2 sm, Qusar, Altıağacda 1 sm olub.

Şimal-qərb küləyi arabir Naftalan, Mərəzə, Neftçalada 20 m/s, Xaçmazda 18 m/s, Bakıda və Abşeron yarımadasında 17-22 m/s, bəzi yerlərdə arabir 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5,2 m olub.

Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti dekabrın 6-dək davam edəcək.скачать dle 11.3
Mojo.az Banner