Mojo.az Banner
14:15 Azərbaycan və Ermənistan sərhədin delimitasiyasına şimaldan başlayacaq  |     14:05 "Sabah"dan növbəti TRANSFER: Portuqaliyadan hücumçu gətirdi - FOTO  |     14:03 Ceyhun Bayramov: Ermənistanın konstitusiyasının dəyişdirilməsi mövzusunda mövqeyimiz dəyişməzdir  |     13:58 Neft kəskin BAHALAŞDI: "Brent"in qiyməti 100 dolları keçdi  |     13:57 Sabirabadda qəsdən yanğın törədən şəxs saxlanıldı  |     13:39 İki nəfərin öldüyü “Şəki yaylası”nın rəhbəri məsuliyyətə cəlb oluna bilər  |     13:37 Gəncədə 33 yaşlı şəxsi və bacısını bıçaqlayan şəxs SAXLANILDI: Yaralıların SON VƏZİYYƏTİ  |     13:27 Rüşvət alaraq saxta tibbi sənədlər təqdim etməkdə təqsirləndirilən həkimlər barəsində cinayət işi məhkəməyə göndərilib  |     13:24 Bakıya yağış yağacaq  |     12:59 Zərdabda yanaraq ölənlər bir ailənin üzvü imiş - YENİLƏNİB  |     12:52 Zubir Səudiyyə klubunda çıxış edə bilməyəcək  |     12:46 ABŞ-İran gərginliyi neftin qiymətini artırdı  |     12:40 Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamına məxsusdur  |     12:35 DYP hərəkət iştirakçılarına müraciət etdi  |     12:26 Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı  |     12:21 Sabirabadda qəsdən yanğın törədən şəxs tutuldu  |     12:14 Valyuta ehtiyatları 90 milyard dolları keçib  |     12:08 İşə düzəltmək adı altında dələduzluq  |     12:00 Azərbaycanda orta aylıq əməkhaqqı 1 177 manata çatıb  |     11:55 Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanıldı  |    
Left Banner
Right Banner

Hərbçilərin Dünya Oyunlarında güləşçilərimizin medallarının əyarı bilindi - YENİLƏNİB

24.10.2019 16:45 3 527
Hərbçilərin Dünya Oyunlarında güləşçilərimizin medallarının əyarı bilindi - YENİLƏNİB
Çinin Uxan şəhərində hərbçi idmançılar arasında keçirilən VII Dünya Oyunlarında Azərbaycanın yunan-Roma güləşində medalının əyarı müəyyənləşib.

2010-cu ilin dünya və Avropa çempionumuz, I Avropa Oyunlarının mükafatçısı Həsən Əliyev (-77 kq) finalda iranlı Pecman Poştamla qarşılaşıb.

Ötən il Ukraynanın paytaxtı Kiyevdə keçirilmiş beynəlxalq turnirin 1/4 finalında 2:4 hesabı ilə uduzduğu asiyalı rəqibinə bu dəfə də məğlub olub – 1:2. Bununla da Həsən Əliyev gümüş medalla kifayətlənib.

2011-ci ilin Avropa çempionu, son dünya çempionatının ikincisi, I Avropa Oyunlarının və IV İslam Həmrəylik Oyunlarının mükafatçısı Rafiq Hüseynov (-87 kq) Viktor Lörinçlə qarşılaşıb. Rafiq üçqat dünya mükafatçısı, Avropa çempionu və II Avropa Oyunlarının bürünc medalçısı olan rəqibinə 1:4 hesabı ilə uduzub.

Beləliklə, güləşçilərimiz Dünya Oyunlarını iki gümüş və bir bürünc medalla başa vurub.

* * * *

Çinin Uxan şəhərində hərbçi idmançılar arasında keçirilən VII Dünya Oyunları davam edir.


Bu gün iki yunan-Roma güləşi üzrə idmançımız mübarizəyə qoşulub.

Həsən Əliyev (-77 kq) 1/8 finalda erməni Varujan Qriqoryana gücünü göstərib – 5:0. Həmyerlimiz 1/4 finalda ukraynalı Dmitri Pişkova aman verməyib – 7:1. Pəhləvanımız yarımfinalda 2017-ci ildə dünya çempionu olmuş serb Viktor Nemeşə 3:2 hesabıyla qalib gələrək finala yüksəlib. Həsən finalda iranlı Peyman Poştamla qarşılaşacaq.

Rafiq Hüseynov (-87 kq) isə əvvəlcə ukraynalı Aleksandr Şişmanı 2:1 hesabıyla məğlub edib. Pəhləvanımız 1/4 finalda cənubi koreyalı Sanqyeok Parkı üstələyib – 5:1. Rafiq yarımfinalda dörd il əvvəl Bakıda keçirilmiş ilk Avropa Oyunlarının finalında uduzduğu Yevgeni Saleyevlə qarşılaşıb. Rusiyalı rəqibinə ilk hissədə “tuşe” ilə qalib gələn Hüseynov adını finala yazdırıb. Güləşçimiz finalda macar Viktor Lörinçlə qarşılaşacaq.

Qeyd edək ki, dünən digər yunan-Roma güləşi üzrə idmançımız Mikayıl Rəhmanov (-67 kq) bürünc medal qazanıb. Ümumilikdə Azərbaycan ikisi cüdo idman növündə olmaqla üç bürünc medalı aktivinə yazdıra bilib. İki güləşçimizin finala çıxması ilə isə medallarımızın sayı beşə çatıb.
/oxu.az/скачать dle 11.3
Mojo.az Banner