Mojo.az Banner
14:07 Bakıya dayanmadan yağış yağacaq  |     14:02 Naftalanda hoteldən əcnəbinin meyiti tapıldı  |     13:50 Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir  |     13:43 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü  |     13:24 Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı  |     13:24 Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub  |     13:23 Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü  |     13:22 Astarada maşın dərəyə aşdı: Ölən var  |     13:14 Borclunun yeganə evi satıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA  |     13:00 14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi  |     12:52 "70 cür yemək yeyirlər, sonra zəhərlənirlər" – Mütəxəssis  |     12:45 Pendir istehsal edən sexin vəziyyəti təəccübləndirdi - Video  |     12:43 Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya  |     12:39 Əli Əsədovdan cərimə duracaqları və qarajlarla bağlı mühüm qərar  |     12:37 Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar  |     12:33 Azərbaycan nefti bahalaşıb  |     12:22 UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı  |     12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |     11:55 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video  |     11:53 Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan güləşçisi hərbçilərin Dünya Oyunlarında ermənini yenib medal qazandı - YENİLƏNİB

23.10.2019 14:56 1 922
Azərbaycan güləşçisi hərbçilərin Dünya Oyunlarında ermənini yenib medal qazandı - YENİLƏNİB
Çinin Uhan şəhərində hərbçi idmançılar arasında keçirilən VII Dünya Oyunlarında Azərbaycan bu gün üçüncü medalını qazanıb.

Mikayıl Rəhmanov (-67 kq) bürünc medal uğrunda görüşdə gənclər arasında son dünya çempionatının gümüş medalçısı Şant Xaçatryanla üz-üzə gəlib.

Yunan-Roma güləşi üzrə idmançımız Ermənistan idmançısıyla prinsipial görüşdən 5:0 hesabıyla qalib ayrılaraq Dünya Oyunlarında III yeri tutub.

Qeyd edək ki, daha iki yunan-Roma güləşçimiz – Həsən Əliyevlə (-77 kq) Rafiq Hüseynov (-87 kq) sabah döşək üzərinə çıxacaq.

* * * * *

Çinin Uhan şəhərində hərbçi idmançılar arasında keçirilən VII Dünya Oyunlarında Azərbaycan bu gün üçüncü medalını qazana bilər.


Bu gün yarışlarda yunan-Roma güləşi üzrə mübarizəyə start verilib.

60 kq-da Murad Bazarov italiyalı Yakopo Sandronu 4:1 hesabı ilə məğlub etsə də, 1/4 finalda hindistanlı Qyanenderə 2:5 hesabı ilə uduzub. Lakin Qyanender yarımfinalda rusiyalı rəqibinə uduzduğundan, Bazarovun da medal qazanmaq şansları itib.

Mikayıl Rəhmanov (-67 kq) isə Azərbaycanın aktivinə üçüncü medalı qazandıra bilər. O, 1/8 finalda suriyalı Əbdülkərim Əlhəsənə (rəqib yarışdan kənarlaşdırılıb), 1/4 finalda Fransa təmsilçisi Mamadassa Sillaya (8:0) qalib gəlib.

Lakin Mikayıl yarımfinalda dünya və ikiqat Avropa çempionu, I Avropa Oyunlarının qalibi olmuş rusiyalı Artyom Surkova 1:3 hesabı ilə uduzub. Vaxtilə yeniyetmələr arasında dünya çempionu olmuş idmançımız axşam seansında bürünc medal görüşünə qatılacaq.

Qeyd edək ki, Azərbaycan bugünədək iki medal qazanıb. Cüdoçularımız Hidayət Heydərovla (-81 kq) və Məmmədəli Mehdiyev (-90 kq) Azərbaycanın aktivinə iki bürünc medal yazdırıb. Bu nəticə ilə medal sıralamasında Azərbaycan XXXIV yerdə qərarlaşıb.
/oxu.az/скачать dle 11.3
Mojo.az Banner