Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

U-23 yunan-Roma güləşi millimiz dünya çempionatını iki medalla başa vurdu

04.11.2019 11:37 3 877
U-23 yunan-Roma güləşi millimiz dünya çempionatını iki medalla başa vurdu
Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı sona çatıb.

72 kq çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz Sənan Süleymanov gümüş medal qazanıb. O, finalda iranlı güləşçi Məhəmmədrza Gerayiyə 0:7 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.

Bununla da yunan-Roma güləşi üzrə yığmamız yeni baş məşqçi Aleksandr Tarakanovun rəhbərliyi altında bir gümüş və bir bürünc medal qazanıb. Xatırladaq ki, dünən Zaur Əliyev (-55 kq) bürünc medal qazanmışdı.
/oxu.az/

Son xəbərlər