Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın güləşdəki Olimpiya lisenziyalarının sayı beşə çatdı: Avropada neçənciyik?

22.03.2021 14:38 1 359
Azərbaycanın güləşdəki Olimpiya lisenziyalarının sayı beşə çatdı: Avropada neçənciyik?
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat turniri başa çatıb.

Median.Az
xəbər verir ki, 16 güləşçi (5 sərbəst, 6 yunan-Roma, 5 qadın) ilə yarışa qatılan Azərbaycan Macarıstandan 3 lisenziya və 7 medalla qayıdır.

Sərbəst güləşdə İslam Bazarqanov (57 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) gümüş medal qazandı. Qadın güləşində Tatyana Omelçenko (62 kq) yeganə medalımızı – “bürünc”ü aktivinə yazdırdı. Yunan-Roma güləşində isə yeganə qızıl medalımız oldu. Belə ki, Sənan Süleymanov (77 kq) bürünc, İslam Abbasov (87 kq) qızıl medal qazandı.

Təbii ki, yarış Olimpiadaya lisenziya qazanmaq baxımından önəm daşıdığından burada yarımfinalda qalib gəlmək finalda qələbədən üstün sayılırdı. Bu üzdən də finala çıxanlardan sərbəst güləşdə Hacı Əliyev və Hacımurad Hacıyev, yunan-Roma güləşində isə İslam Abbasov öz çəkiləri üzrə Azərbaycana Olimpiya lisenziyası qazandırdı. Bununla da Azərbaycanın güləşdə Olimpiya lisenziyalarının sayı 5-ə çatdı.

Bəs Azərbaycan Avropa zonası üzrə lisenziya qazanmaq baxımından neçənci sıradadır?

Oxu.Az bunu araşdırıb:

1. Rusiya Olimpiya Komitəsi – 13 (5 sərbəst, 5 yunan-Roma, 3 qadın güləşi)

2. Türkiyə – 8 (4 sərbəst, 3 yunan-Roma, 1 qadın güləşi)

3-6. Belarus – 7 (3 sərbəst, 1 yunan-Roma, 3 qadın güləşi)

3-6. Gürcüstan – 7 (3 sərbəst, 4 yunan-Roma güləşi)

3-6. Almaniya – 7 (1 sərbəst, 4 yunan-Roma, 2 qadın güləşi)

3-6. Ukrayna – 7 (1 sərbəst, 2 yunan-Roma, 4 qadın güləşi)

7-9. Azərbaycan – 5 (3 sərbəst, 1 yunan-Roma, 1 qadın güləşi)

7-9. Bolqarıstan – 5 (1 sərbəst, 1 yunan-Roma, 3 qadın güləşi)

7-9. Macarıstan – 5 (1 sərbəst, 3 yunan-Roma, 1 qadın güləşi)

10-11. Ermənistan – 4 (2 sərbəst, 2 yunan-Roma güləşi)

10-11. Polşa – 4 (1 sərbəst, 1 yunan-Roma, 2 qadın güləşi)

12-13. Serbiya – 3 (1 sərbəst, 2 yunan-Roma güləşi)

12-13. İsveç – 3 (1 yunan-Roma, 2 qadın güləşi)

14. Estoniya – 2 (1 yunan-Roma, 1 qadın güləşi)

15-28. Xorvatiya – 1 (yunan-Roma güləşi)

15-28. Danimarka – 1 (yunan-Roma güləşi)

15-28. Finlandiya – 1 (yunan-Roma güləşi)

15-28. Fransa – 1 (qadın güləşi)

15-28. Yunanıstan – 1 (qadın güləşi)

15-28. İtaliya – 1 (sərbəst güləş)

15-28. Kosovo – 1 (sərbəst güləş)

15-28. Latviya – 1 (qadın güləşi)

15-28. Litva – 1 (yunan-Roma güləşi)

15-28. Moldova – 1 (qadın güləşi)

15-28. Şimali Makedoniya – 1 (sərbəst güləş)

15-28. Rumıniya – 1 (qadın güləşi)

15-28. San Marino – 1 (sərbəst güləş)

15-28. İsveçrə – 1 (sərbəst güləş)

Qeyd edək ki, 2-4 apreldə Tunisin Hammamet şəhərində Afrika və Okeaniya zonası üzrə, 9-11 apreldə Qazaxıstanın Almatı şəhərində Asiya zonası üzrə və 6-9 mayda Bolqarıstanın paytaxtı Sofiyada dünya üzrə son təsnifat turnirləri keçiriləcək. Azərbaycanın 13 güləşçisi Sofiyada sonuncu lisenziyaları qazanmaq üçün mübarizəyə qatılacaq.

Son xəbərlər