Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA  |     17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi  |     17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək?  |     17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü  |     17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb  |     17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi  |     16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu  |     16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi  |     16:27 Bakıda idmançı məşq zamanı öldü  |     16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək  |     15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var  |     15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır  |     14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezident İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib

21.10.2019 23:20 2 342
Prezident İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (Universitetini) (MDBMİ) yubiley münasibətilə təbrik edib.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu MDBMİ-nin 75 illiyi münasibətilə təntənəli tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin təbrik məktubunu oxuyub.

Məktubda deyilir: "Hörmətli Anatoli Vasilyeviç, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlərin İnstitutunun (Universitetinin) 75 illiyi münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Diplomatik kadrların unikal ocağı olan MDBMİ böyük və şanlı yol keçib. Bu gün MDBMİ haqlı olaraq Rusiya ali təhsilinin flaqmanı, keyfiyyətli təhsilin rəmzi sayılır və həqiqətən də dünya əhəmiyyətli nüfuzlu təhsil ocaqlarından biridir.

Onun divarları arasından dövlət və ictimai xadimlərin, siyasətçi, alim, yüksəkixtisaslı mütəxəssislərin parlaq pleyadası çıxıb. Təhsil illərində əldə edilən dərin biliklər, geniş dünyagörüşü, peşə bacarığı və vərdişləri MDBMİ məzunlarının təkcə öz vətənində deyil, həm də bütün dünyada hörmət və nüfuz sahibi olmalarına imkan verir.

Mənə çox xoşdur ki, MDBMİ mənim üçün də alma-materdir. Mən tələbəlik illərimi həmişə xüsusi minnətdarlıq və səmimiyyətlə xatırlayıram və MDBMİ-nin məzunu adını qürurla daşıyıram.

Əminəm ki, tədris prosesinin yüksək səviyyədə təşkili və pedaqoji heyətin təcrübəsi sayəsində MDBMİ müasir dünyanın tələblərinə cavab verən kadrların hazırlanması üçün öz sarsılmaz ənənələrinə bundan sonra da sadiq qalacaq.

Hörmətli Anatoli Vasilyeviç, Sizə, MDBMİ-nin bütün müəllim və tələbələrinə qarşıya qoyulan məqsədlərə çatmaq üçün müvəffəqiyyət arzu edirəm və ən xoş arzularımı yetirirəm".

MDBMİ-nin rektoru Anatoli Torkunov jurnalistlərə müsahibəsində vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini yüksək qiymətləndirir. O deyib: "Azərbaycan Prezidentinin təbrik sözləri bizim üçün hədiyyədir. Çoxumuz onu şəxsən tanıyırıq. Onu gözəl insan kimi tanıyırıq. O, nəinki burada təhsil alıb, həm də 5 il MDBMİ-də işləyib. Biz onun səmimi münasibətini qoruyub saxlamasını və universiteti daim xatırlamasını yüksək qiymətləndiririk. Ümumi yubileyimiz münasibətilə ona xoşbəxtlik, cansağlığı və firavanlıq diləyirəm!"

Səfir P.Bülbüloğlu təntənəli tədbirdə MDBMİ-nin rektoru Anatoli Torkunova "Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi" medalını da təqdim edib.

Son xəbərlər