Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:28 Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir | 19:14 17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - FOTO | 19:00 Gömrükdə işə düzəltmək vədi ilə 10 min manat aldı - Amnistiya ilə həbsdən azad edildi | 18:55 Oktyabrda 80 aptekdə yoxlama keçirilib | 18:49 Lamin Yamal qol və assist göstəricilərinə görə liderdir | 18:40 "Şəki Yaylası"nda faciəyə görə iki nəfər həbs olundu | 18:30 Bakıda Yeni il yarmarkaları təşkil olunacaq? | 18:16 Hesabı ödəməmək üçün burgerin içinə qızının saçını qoydu - Video | 18:08 Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI | 17:56 Mənzildə istilik borusuna müdaxilə edənlər nə qədər cərimələnə bilər? | 17:50 Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq | 17:36 İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı | 17:21 Son iki ildə dünyada 189 jurnalist öldürülüb | 17:17 İrandan Azərbaycana 136 kq narkotikin keçirilməsinin qarşısı alındı | 17:10 Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - Anbaan video | 16:53 Ermənistanın ədliyyə naziri: "Qarabağı birləşdirmək kimi bir məqsədimiz yoxdur" | 16:15 Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular | 16:10 "Vəzifəli şəxs" masaj salonunun sahibəsini şantaj etdi, aylıq "haqq" aldı | 15:59 Ölümlə nəticələn qəzaya görə Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq | 15:52 Nisyə mal satanların diqqətinə: Yeni qərar qüvvəyə minəcək |
Mojo.az Avto
Mojo.az Avto

Əmək miqrasiyası ilə bağlı təkliflər hazırlanıb

16.10.2019 20:20 1 425
Əmək miqrasiyası ilə bağlı təkliflər hazırlanıb
Əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədəki işin əlaqələndirilməsi məqsədi ilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə aidiyyəti qurumların nümayəndələrindən ibarət tərkibdə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

İclasda Komissiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində respublikamızda dayanıqlı xarakter alan inkişaf prosesləri, sosial ödənişlərin artırılması sahəsində atılan mühüm addımlar ölkəmizin əmək bazarının əmək miqrantları üçün cəlbediciliyini də artırıb. Hər il üçün əmək miqrasiyası kvotası üzrə təkliflər də ölkəmizin iqtisadi inkişaf tendensiyaları, əmək bazarı ilə bağlı məlumatlar təhlil edilməklə, mövcud əmək ehtiyatları və işçi qüvvəsinə tələbat nəzərə alınmaqla hazırlanır.

Nazir qeyd edib ki, bu zaman vakansiyaların ilk növbədə müvafiq peşə hazırlığına, əmək bacarıqlarına malik olan yerli işçi qüvvəsi üçün istifadə olunması prinsipi üstünlük təşkil edir. Yerli işçi qüvvəsinin iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, işçi qüvvəsinə olan ehtiyacların yerli əmək ehtiyatları hesabına təmin edilməsi imkanı, habelə müvafiq iş sahələrinə yüksəkixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi kimi amillər əsasında kvota üzrə təkliflərin hazırlanması həyata keçirilir.

S.Babayev aidiyyəti dövlət orqanlarından daxil olan məlumatlar əsasında icmal hazırlandığını, müzakirə üçün Komissiya üzvlərinə təqdim olunduğunu deyib.

İclasda 2020-ci il üçün əmək miqrasiyası kvotası üzrə təkliflərlə bağlı geniş müzakirələr aparılıb. 2020-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflərin baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunması qərara alınıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 124 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”na əsasən, əmək miqrasiyası kvotası - təqvim ili ərzində Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddidır.Baku.ws

Son xəbərlər