Mojo.az Banner
12:08 Məktəbdə şüşələri sındıran və müəllimlərə hücum edənləri hansı cəza gözləyir?  |     11:55 Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb - Siyahı  |     11:47 “Bu vəziyyətdən radikal qüvvələr də istifadə edə bilər”  |     11:45 Sakinlərin yumağa verdiyi minlərlə xalça yoxa çıxdı - Video  |     11:42 Bakıda dana əti niyə bahalaşıb? - Video  |     11:36 Məktəblərdə dini təbliğat aparan müəllim və şagirdlərə qarşı tədbir görülməlidir – AÇIQLAMA  |     11:18 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"  |     23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |    
Mojo.az Avto
Mojo.az Avto

Gələn il də ölkəmizdə işçi qüvvəsinə olan əsas tələbat yerli əmək ehtiyatları hesabına ödəniləcək - FOTO

24.11.2020 20:24 1 089
Gələn il də ölkəmizdə işçi qüvvəsinə olan əsas tələbat yerli əmək ehtiyatları hesabına ödəniləcək - FOTO
Əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədə işin əlaqələndirilməsi məqsədi ilə yaradılmış, bir sıra dövlət qurumlarının təmsil olunduğu Komissiyanın iclasında 2020-ci il üçün təsdiq olunmuş əmək miqrasiyası kvotasına dəyişiklik və 2021-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər müzakirə olunub.

Komissiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin ölkənin əmək bazarında da müsbət meyillərin davamlı xarakter almasına, məşğulluq imkanlarının artmasına şərait yaratdığını vurğulayıb. O, dayanıqlı inkişaf proseslərinin mövcud olduğu ölkəmizin xarici əməkçi miqrantlar üçün cəlbedici olduğunu deyib.

Nazir bildirib ki, Azərbaycanda miqrasiya siyasətinin vacib prinsipləri ölkənin sosial-iqtisadi maraqlarının qorunması, eyni zamanda miqrantların, o cümlədən də əməkçi miqrantların həyatı və fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasıdır. Əcnəbi işçilərə iş icazələrinin verilməsi üçün hər il əmək miqrasiyası kvotası təsdiq edilir. Kvotanın müəyyən olunması üçün təkliflər hazırlanarkən respublikadakı demoqrafik inkişaf, əmək bazarında mövcud vəziyyət, ölkənin əmək ehtiyatları və işəgötürənlərin işçi qüvvəsinə tələbləri ciddi şəkildə nəzərə alınır. Daxili əmək bazarının qorunması, yerli əmək ehtiyatlarından səmərəli istifadənin təmin olunması, mövcud vakansiyaların ilk növbədə yerli işçi qüvvəsinin məşğulluğu üçün istifadə edilməsi prinsipləri diqqətdə saxlanır.

S.Babayev qeyd edib ki, 2021-ci ilin əmək kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması məqsədilə müvafiq təhlillər artıq aparılıb. Bu təhlillərə əsasən, Azərbaycanda ixtisaslı kadrların sayının ilbəil artdığı nəzərə alınmaqla qeyd etmək olar ki, gələn il də ölkəmizdə işçi qüvvəsinə olan əsas tələbat yerli əmək ehtiyatları hesabına ödəniləcək. Eyni zamanda, təkliflərin hazırlanması zamanı əmək bazarının hansı sahələrində əcnəbi işçi qüvvəsinə tələbatın olduğu da nəzərə alınıb. Yalnız hansı sahələrdə ki, xarici işçi qüvvəsinə ehtiyac yaranır, kvota da o sahələri əhatə edir.

İclasda 2020-ci il üçün təsdiq olunmuş əmək miqrasiyası kvotasına dəyişiklik nəzərdən keçirilməklə, gələn il üçün kvotanın müəyyən olunması ilə bağlı təkliflərə baxılıb, müzakirələr aparılıb.

скачать dle 11.3
Mojo.az Banner