Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:01 Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək - Tarix açıqlandı | 17:56 Naxçıvanda 9 yaşlı uşağı maşın vurdu | 17:45 Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də qovuldu | 17:36 "Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər | 17:26 Onkoloji xəstə gənc Qurbanov üçün "Qarabağ" mahnısı oxudu - Video | 17:09 Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı | 16:41 İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı | 16:33 Dövlət qulluğunda islahatlar: Gömrük xidmətində rotasiya qaydaları tətbiq ediləcək | 16:23 Qaxda silsilə oğurluqlar edən şəxs qandallandı | 16:22 Noyabrda hava necə olacaq? | 15:56 Şagirdlərin aqressiv davranışının səbəbləri SADALANDI | 15:31 Selin ziyan vurduğu istiqamətdə qatarların hərəkəti bərpa olunur - Tarix açıqlandı | 15:28 Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto | 15:24 Maaş kartı ilə bağlı MÜHÜM dəyişiklik: son qoyulur | 15:19 Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb | 15:12 Hər gün avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR | 14:10 Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər | 14:09 Uşaqlarını görmək istəyən qadınla keçmiş qayınanası dalaşdılar | 14:07 Şəxslərə pulsuz hüquqi yardım göstərənlərə dövlət nə qədər ödəniş edəcək? | 13:39 Azərbaycanda məktəbə "Molotov kokteyli" atıldı: İki nəfər həbs edildi - Foto |
Mojo.az Avto
Mojo.az Avto

Nəsimi nəslinin nümayəndəsi: Biz çox istərdik ki, Nəsiminin qalıqları öz vətənində dəfn olunsun

30.09.2019 23:15 1 357
Nəsimi nəslinin nümayəndəsi: Biz çox istərdik ki, Nəsiminin qalıqları öz vətənində dəfn olunsun
Azərbaycanda Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən İkinci Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı davam edir.

Median.Az
Trend-ə istinadən bildirir ki, qonaqlar arasında Suriyadan iki bacısı uşağı, bacısı və onun həyat yoldaşı ilə gələn Nəsimi nəslinin nümayəndəsi olan Bəşər Nəsimi də var. Məlum olduğu kimi, Nəsimi öz hürufi ideyalarını Suriyada təbliğ edərkən, Hələb şəhərində həbs edilmişdi. Ruhanilər tərəfindən irəli sürülmüş ittihamlar nəticəsində Nəsimi ölüm cəzası məhkum edilmiş və əzablı ölümü qəbul etmişdi. Şair Əl Fərafiyə rayonunda ümumi qəbiristanlığında dəfn edilib. Nəsimi nəslinin nümayəndələri də orada dəfn olunublar. Bəşər Nəsimi Nəsiminin və onun nəslinin nümayəndələrinin məzarlarının abadlığı və təmizliyinə nəzarət edənlərdən biridir.

Qonaqlar və festival iştirakıları ilə birgə o, Bakıda və Nəsiminin vətəni Şamaxıda müxtəlif tədbirlərdə iştirak edir. Bəşər Nəsimi öz ulu babasının vətəni olan Azərbaycana dəvətə və Nəsimi festivalının keçirilməsinə görə Heydər Əliyev fonduna öz minnətdarlığını bildirib:

"Biz çox istərdik ki, Nəsiminin qalıqları öz vətənində dəfn olunsun. Ümid edirik ki, bu arzumuza çatacağıq".

55 yaşlı Bəşər Nəsimi 1982-1989-cu illərdə Azərbaycan Tibb Universitetində oxuyub, sonra 1993-cü ilə kimi aspirantura və ordinanturanı bitirib. Hazırda Hələbdə həkim işləyir:

"Keçən il mənim qardaşım Məhəmməd yaxınları ilə birgə Bakıda olub, qayıdanda isə hamı ilə Azərbaycan haqqında çoxlu maraqlı və xoş təəssüratlarını paylaşıb, Nəsimiyə və bizim ailəyə olan hörmətdən danışıb. Təəssüflər olsun ki, o dünyasını dəyişib və buna görə də qohumlarımla mən gəlmişəm. Öz əcdadım Nəsiminin vətənində olmaq mənə inanılmaz hisslər yaşadır. Biz öz ulu babamız Nəsimi ilə qürur duyuruq! Onun həyat və yaradıcılığı bəşəriyyət naminə mübarizə və yaradıcılığın parlaq nümunəsidir".

Son xəbərlər