Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |     11:43 Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"  |     11:37 Azərbaycan nefti ucuzlaşıb  |     11:34 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı  |     11:33 İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı  |     11:28 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü (Yenilənib)  |     11:25 İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"  |     11:17 Dağıstan Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat edib  |     11:14 Hər il 12 milyon qız 18 yaşına çatmadan nikaha daxil olur  |     11:12 İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb  |     23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Nəsiminin müharibə meydanında qalan məzarı - FOTO

19.01.2019 14:07 3 390
Nəsiminin müharibə meydanında qalan məzarı - FOTO
Prezident İlham Əliyev Azərbaycanda 2019-cu ili “Nəsimi ili” elan edib.

Dahi şair İmadəddin Nəsimi ilə bağlı çoxlu araşdırmalar aparılıb, lakin bəzi məqamlar hələ də tədqiqat obyekti olaraq qalır. Ədəbiyyatçılar, tarixçilər deyir ki, “Nəsimi ili”ndə Nəsiminin əsərləri ilə bağlı yeni araşdırmalar aparılacaq.

Bununla paralel olaraq, Nəsiminin Suriyanın Hələb şəhərindəki məzarının Azərbaycana gətirilib-gətirilməyəcəyi haqda da müzakirələr gedir.

Bu məsələ, sual altındadır, lakin böyük güclərin toqquşma meydanına çevrilən Suriyada Nəsiminin məzarının bu gün hansı vəziyyətdə olmasının özü maraqlıdır. Hələb hələ də təhlükəli bölgə olaraq qalır, burada tez-tez atışmalar olur. Amma Nəsimin məzarı hələ də dağıdılmayıb.

Median.Az-ın xəbərinə görə, Modern.az saytı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nəsimin məzarından son görüntüləri əldə edib. Nəsimin məzarının fotolarını isə NTV-nin büro rəhbəri Meri Ak təqdim edib.

Qeyd edək ki, Nəsiminin məzarının Suriyanın Hələb şəhərində olması uzun illər Azərbaycan cəmiyyətinə məlum olmayıb. 1968-ci ildə Xalq şairi Rəsul Rza Suriyaya ezamiyyətə gedərkən Nəsiminin qəbrinin Hələbdə olduğunu aşkar edib və bir sıra əlyazma nüsxələrini tapıb.

Hələbdə Nəsiminin qəbrini ziyarət edib qayıdandan sonra Rəsul Rza Bakıda «Ədəbiyyat və incəsənət» qəzetində dərc etdirdiyi “Cahana sığmayan şairin qərib məzarı” alı məqaləsində böyük şairdən bəhs edib. Çox-çox sonralar Azərbaycan hökumətinin dəstəyi Nəsiminin məqbərəsi və onun ətrafı abadlaşdırılıb.

Nəsimi onun adı ilə tanınmış təkyədə dəfn olunub, bu təkyə Hələbin əl-Ferafire məhəlləsində “Sultan hamamı” adı ilə məşhur olan hamamla üzbəüz və hökumət evinin yanındadır.

Nəsiminin Hələb şəhərindəki “Nəsimi təkyəsi” adlanan məqbərədə yerləşən məzarının fotolarını təqdim edirik.






Son xəbərlər