Mojo.az Banner
16:56 Gürcüstanda azərbaycanlı TIR sürücülərinin bir qisminin problemi həll olunub  |     16:55 İnfantino ilə bağlı qalmaqallı ittihamlar: FIFA bəyanat yaydı  |     16:53 Azərbaycanda auditorlara fırıldaqçılığın aşkarlanması üsulları öyrədilib  |     16:35 Bazar ertəsi bütün "iPhone 17" modelləri bahalaşa bilər: Nə baş verir?  |     16:34 Gürcüstanda dövlət bayraqları yarıya endirildi  |     16:33 Türkiyə Qara dənizə ticarət gəmilərinin keçidini məhdudlaşdırır  |     15:55 İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı  |     15:33 Çimərliklərə üz tutan VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ  |     15:31 Lionel Messinin atası vəfat edib  |     14:45 Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanılıb  |     14:32 Bəzi yerlərdə 41 dərəcəyə yaxın isti olacaq  |     14:27 “Toy xərclərini, qızılı, cehizi zəruri sayanlar evlənməsə yaxşıdır” — Deputat  |     14:20 Qarpız pendir-çörəklə yeyiləndə zərərlidir? – Mütəxəssisdən AÇIQLAMA  |     14:15 Britaniyadan Vaşinqton Sammiti ilə bağlı BƏYANAT  |     14:09 Ən çox turist bu rayona gedib  |     14:07 Keçmiş müdafiə naziri vəzifəsinə qaytarılmasını tələb edir: Zelenskiyə 12 gün vaxt verildi  |     13:42 Rusiyadan Ermənistana buğda və daş kömür daşıyan yük qatarı Biləcəridən yola düşüb  |     13:37 Qobustanda "Hyundai" işıq dirəyinə çırpıldı: Ölən var  |     13:30 Çinin yeni süni intellekt modeli nəzarətdən çıxdı  |     13:25 Sumqayıtda yolun çökməsi genişlənir: Obyektlər hər an uça bilər - Video  |    
Left Banner
Right Banner

“Euronews” Nəsimi Festivalı haqqında süjet hazırladı - VİDEO

07.10.2019 11:28 4 307
“Euronews” Nəsimi Festivalı haqqında süjet hazırladı - VİDEO
”Euronews” telekanalı Bakıda keçirilən İkinci Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalı haqqında geniş reportaj yayımlayıb.

Videomaterialda dahi Azərbaycan şairi İmaməddin Nəsiminin yaradıcılığına həsr edilən, şeir sənətinin tərənnümü məqsədi daşıyan festivalın ölkəmizdə ikinci dəfə keçirildiyi bildirilib.

Genişmiqyaslı tədbir proqramı müxtəlif sənət növləri və bilik sahələrini əhatə edir. Filosoflar, musiqiçilər, incəsənət sahəsinin peşəkar üzvləri, eləcə də müxtəlif ölkələrin qiraətçiləri paytaxt Bakıda bir araya gəlib.

Süjetdə yeni kitabını təqdim edən alman yazıçısı və Nəsimi sənətinin tədqiqatçısı Mixail Hessenin fikirləri də öz əksini tapıb.

Qeyd edilib ki, Nəsiminin mürəkkəb düşüncəyə malik olması və bunu qısa, lakin gözəl şəkildə çatdırmaq qabiliyyəti gənc şairlərin də diqqətinə səbəb olub, onları ilhamdıra bilər.

Həmçinin, nəzərə çatdırılıb ki, tədbirlərin bir hissəsi Nəsiminin vətəni hesab edilən Şamaxıda keçirilib.

Yayımlanan reportajda dahi şair və böyük mütəfəkkir İmadəddin Nəsiminin "Sığmazam" qəzəlini möhtəşəm şəkildə geniş tamaşaçı auditoriyasına çatdıran Azərbaycan əsilli, dünya şöhrətli müğənni Sami Yusufun da müsahibəsi yer alıb.

7 dəqiqəlik həzin ifası ilə sözügedən əsəri izləyicilərə çatdıran sənətçi fikirlərini bu cür şərh edib:

"Nəsiminin yazdığı şeir və qəzəlləri diqqətlə nəzərdən keçirəndə aydın olur ki, bu gün bizim dövrümüzdə ehtiyac olan və verilən mesajlardır. Fikrimcə, bu musiqi insanları bir araya toplayır və onları adət-ənənələr ətrafında birləşdirir".

Bununla bərabər hazırlanan reportajda Almaniya, Fransa və Çindən olan musiqiçilərin də fikirləri geniş şəkildə yer alıb.

скачать dle 11.3
Mojo.az Banner